252
sayəsində ağızda ehtiyac duyulan rütubət yaranır. Dil qidaları dişlərin altında həll edir.
Hansı ki bu prosesde ozu zədələnmir. Ağıza qoyulan tikəni dil yoxlayır, bir maneə
olmadıqda üyüdülməyə verir. Qidalanmanın sonunda ağıza süpürgə çəkən də dildir.
Zahirən sadə quruluşlu dodaqlar qidalanma, xüsusi ilə uşaqların süd əmməsi, üfürmə,
çeynəmə, dadma, danışıq üçün əvəzolunmaz vasitədir.
Göz, dil və dodaqlar insana həm xeyir, həm də şər gətirə bilər. Allah bu iki yol
barədə xəbərdarlıq edir.
◘Başqalarını yoxsulluq və əsarətdən qurtarmaq lazımdır. Hətta kafirlərə də bu
yönümdə əl uzatmaq zəruridir. Bu səbəbdən də qulun azad edilməsi, fəqirin doyurulması
əmr olunarkən iman şərt qoyulmur.
◘Zaman və məkan göstəriciləri, fərdlərin xüsusiyyətləri işin dəyərinə təsir göstərir.
Təam vermək hər vaxt yaxşı sayılsa da, qıtlıq dövründə təam verməyin xüsusi imtiyazları
var. Yetimə nəvaziş göstərmək yaxşıdır. Amma qohumlardan olan yetimə nəvaziş
göstərilməsi daha mühümdür. Yoxsullara əl tutmaq yaxşıdır. Amma yoxsulluqdan yerə
çökənlərə əl tutmağın daha böyük əhəmiyyəti var.
◘Yoxsulların xeyri üçün maldan keçmək çətin dolamanı adlamaq kimdir. Behişt
yolu bu dolamalardan ötür.
◘Olsun ki, bu ayələrlə bağlı nümunələr göstərmək çətin olmaya. Qul azad etmək
dedikdə insanların cəhənnəm odundan xilası, təam vermək dedikdə insanların mənəvi
aclığına diqqət, yetimlərə sevgi dedikdə peyğəmbər övladlarına sevgi, miskinlərə kömək
dedikdə insanların doğru yola hidayəti nəzərdə tutula bilər. Sadaladığımız nümunələri
təsdiqləyən hədislər var. Məsələn, insanın öyrətdiyi elm mənəvi bir təamdır.
1
◘Həzrət Peyğəmbər (s) buyurur: “Ətqə ərəqəbə” dedikdə insanın təkbaşına qul azad
etməsi, “fəkku rəqəbə” dedikdə insanın qulun azad edilməsinə yardım göstərməsi nəzərdə
tutulur.”
2
Dostları ilə paylaş: