Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə253/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   249   250   251   252   253   254   255   256   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Xeyir işlərin qəbulu üçün iman şərtdir. 
1
“Təfsiri-nümunə” 
2
“Təfsiri-rahnoma” 
3
“Əraf”, 41 


254 
2. Bütün müsəlmanlar bir-birlərini səbr və mərhəmətə dəvət etməlidirlər. 
3. Bilmək bəs etmir, demək və dinləmək də təsirlidir. 
4. Tövsiyə ediləsi ən üstün dəyərlər səbr və mərhəmətdir. 
5. İnsan özünü tərbiyələndirdikdən sonra başqalarını da xeyirə çağırmalıdır. 
6. Göz nemətinin şükrü ilahi ayələrə baxmaq, dil nemətinin şükrü başqalarını haqqa 
çağırmaqdır. 
7. İman, səbr və məhəbbət bərəkət səbəbidir. 
8. Küfr və paxıllıqla haqq və mərhəmətə pərdə çəkənlər cəhənnəmdə oddan örtüklərə 
bürünər. 
9. Acları doyuran və qulları azad edən möminlər həm cəmiyyət üçün xeyir-
bərəkətdir, həm də axirəti abad etmişlər. Bundan böyük səadət, bərəkətmi olar?! 
10. Bütün işlər səbr və dözümlə bəhrə verir. Bu səbəbdən də hər işdən öncə səbr 
lazımdır. 
11. İstənilən bir azğınlıq və çirkinliyin kökü küfr və haqsızlığa qayıdır. 


255 
“ŞƏMS” SURƏSİ 
 
(91-Cİ SURƏ; 15 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“ŞƏMS” SURƏSİNİN SİMASI 
 
Şəms surəsi Məkkədə nazil olmuşdur. Bu surə 15 ayədən ibarətdir. 
Onun adı surənin ilk ayəsindən götürülmüşdür. Surə günəşə (“şəms”) andla başlayır. 
Qurandakı bir çox andlar bu surədə ardıcıl şəkildə bəyan olunur. Bir-birinin ardınca 
11 dəfə günəş və aya, gündüz və gecəyə, səma və yerə, nəfsi yaradana və ona paklanma 
yolunu öyrədənə and içilir. 
Surədə bildirilir ki, insan ilahi bir ilhamla yaxşı işi pis işdən seçə bilər. Nicat tapmaq 
istəyən şəxs öz batinini paklamalıdır. İnsan xeyir işlərlə öz ruhunu inkişaf etdirməlidir. 
Əks təqdirdə əbədi səadətdən məhrum olasıdır.
1
Surənin davamında Səmud qövmünün əhvalatı deyilənlərə sübut göstərilir. Onlar öz 
peyğəmbərləri Salehi təkzib edib, onun dəvəsini öldürməklə ağır əzaba düçar oldular. 
Həmin dəvə Allahın möcüzəsi idi. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   249   250   251   252   253   254   255   256   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin