256
◘Quranda bəzən əzəmətli günəşə və bəzən kiçik əncir və zeytuna and içilir. Olsun
ki, bu misallar Allahın qüdrəti qarşısında bütün işlərin asanlığını nəzərə çatdırır. İnsan
gözü üçün dağa və ya saman çöpünə baxmağın fərqi yoxdur. Dağa baxmaq gözə ağırlıq
salmır. Allah üçün də dağı yaratmaqla, ənciri yaratmaq arasında fərq yoxdur. Əlbəttə ki,
ən böyük and Allahın zatına anddır. Bu and da insanların ilahi rəhbərə təslim olması ilə
bağlı içilərsə fərqlənir.
1
◘Ən çox and içilən surə “şəms” surəsidir. Əlbəttə ki, bu andların sayı
mövzunun
mühümlüyündən danışır. Bu mövzu isə nəfsin çirkinliklərdən təmizlənməsidir. Bildirilir
ki, insan yalnız nəfsini paklamaqla nicat tapa bilər. İnsanın nəzərinə çatdırılır ki, onun
təkamülü üçün bütün müqəddimələr hazırlanmışdır. Günəş və ayın nuru yer üzünü
işıqlandırır, gecə və gündüzün yerdəyişməsi ilə iş və istirahət üçün zəmin yaranır.
Ayaqlar altına yer döşənir, baş üzərində səma qərar verilir. İnsanın çirkinlikləri və
yaxşılıqları dərki üçün ona ilham olunur. Beləcə insan azad şəkildə nəfsi paklama yolunu
seçməlidir.
Buludlar, küləklər, günəş, həm də ay
Səni ehtiyacdan qurtarmaq üçün.
Varlıq sənin xidmətində dururkən,
İnsafmı Rəbbinı çəkəsən çiyin?!
◘”Fucurəha” sözü “fəcr” sözündən olub parçalama mənasını bildirir.
◘Səmaların yüksəldilməsi və yerin döşənməsi ya bilavasitə Allahın iradəsi ilə, ya da
Allahın müəyyənləşdirdiyi təbii vasitələrlə həyata keçir. “Vəssəmai və ma bənana”
ayəsindəki “ma” hissəsi bu işin Allahdan qeyrilərinə də aid olduğunu göstərir. Yəni
səmanın ucaldılmasında Allahın müəyyənləşdirdiyi
təbii qüvvələr, cazibələr və dəf
etmələr rol oynayır. “Ma” hissəsi Allaha da işarə ola bilər. Bu halda həmin hissə ilahi
əzəmətə işarə kimi işlədilmişdir.
◘Varlıq aləmi ilk əvvəldən yığcam bir kütlə halında olmuşdur.
Sonradan onun bir
hissəsi ayrılıb səma kimi yüksəlmiş, digər bir hissəsi yer kimi döşənmişdir. “Ənbiya”
suəsinin 30-cu ayəsində, səma və yer bağlı idi, biz onu açdıq.
◘Bəziləri “təhaha” sözünün yerin hərəkətinə işarə olduğunu bildirir. Çünki bu sözün
bir mənası da qovmaq, hərəkətə gətirməkdir.
◘İslam insanın düşüncəsini qarın və şəhvətdən, zor və şərabdan ayıraraq göy
qatlarına, yer qatlarına,
səma cisimlərinin hərəkətinə, gecə-gündüzün yaranışına yönəldir.
◘Qeyd edilir ki, vəhy və ilham arasındakı əsas fərq bundan ibarətdir ki, vəhyin
qaynağı tanınır, ilhamın qaynağı dərk edilmir.
2
Dostları ilə paylaş: