OTUZUNCU CÜZ “LƏYL” SURƏSİNİN SİMASI Məkkədə nazil olmuş bu surə 21 ayədən ibarətdir.
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. Həmin ayədə “ləylə” yəni
başlamaqda olan gecəyə and içilir.
Surə insanların fərqli təlaşlarının bəyanı ilə başlayıb mükafatlandırma qanunlarının
bəyanı ilə başa çatır. Bu qanunlara əsasən, ehsan insanın işlərini yüngülləşdirir, xəsislik
və məqampərəstlik ona problemlər yaradır.
Surədə Allahın ümumi hidayət sünnəsinə işarə olunur. İlahi xəbərdarlıqlara
diqqətsizlik göstərənlər cəhənnəm odu, təqva əhli azadlıqla müjdələnir. Zəkat əhli olan
təqvalılar öz işlərində yalnız Allahın razılığını izləyirlər. Allah da onların razılığı üçün
zəmin yaradır.
رلا ِللهٱ ِمْسِب ِنمْح رلٱ ِمی ِح "Rəhman və Rəhim Allahın adı ilə" Ayə 1, 2, 3, 4: َشَل ْمُكَیْعَس نِإ﴿﴾ىَثنُ ْلْا َو َرَك ذلا َقَلَخ اَم َو﴿﴾ى لَجَت اَذِإ ِراَه نلا َو﴿﴾ىَشْغَی اَذِإ ِلْی للا َو﴿ ﴾ى ت 1. “And olsun (yeri öz qara pərdəsi ilə) bürüməkdə olan gecəyə”; 2. “And olsun işıqlanmaqda olan gündüzə”; 3. “And olsun erkək və dişini yaradana”; 4. “Həqiqətən, sizin təlaşlarınız fərqlidir.” Nöqtələr ◘Hədisdə bildirilir ki, Allah öz yaratdıqlarından istənilən birinə and içə bilər. Amma
insanların yalnız Allaha and içməsi mümkün sayılır.
1
◘”Şətta” sözü pərakəndə mənasını bildirən “şətit” sözünün cəm formasıdır. Ayədə
yalnız təlaşların fərqliliyi nəzərdə tutulmur. Bu fərqlər təlaşların son nəticəsinə də aiddir.
◘Gecənin qaranlığı (kölgəsi) böyük bir nemətdir. Bu qaranlıqda temperaturlar
tarazlaşır, insanın cismi və ruhunda aramlıq yaranır, səmimi dualar oxunur.