Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə258/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   254   255   256   257   258   259   260   261   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Zaman müqəddəs və and içiləsi bir həqiqətdir. 
2. Həm təbiətdəki, həm də vücudunuzdakı nişanələrə diqqət yetirin. 
3. Canlıların erkək və dişi olmaqla cütlüyü Allahın qüdrət və hikmət nişanəsidir. 
1
“Təfsiri-nurus-səqəleyn” 


261 
4. Allahın mərhəmət və qəzəbi arasındakı fərqlər hikmət və ədalətə əsaslanır. Bu 
fərqin səbəbi insanların təlaşlarındakı fərqdir. 
Ayə 5, 6, 7, 8, 9, 10, 11: 
 َف﴿
 َِ َِ َِ َِ ِ سَیُنَسَف﴿﴾ىَنْسُحْلاِب َق دَص َو﴿﴾ىَق تا َو ىَطْعَأ نَم ا مَأَ
 نَم ا مَأ َو﴿﴾ى َرْسُیْلِل ُهُر
 َت اَذِإ ُهُلاَم ُهْنَع يِنْغُی اَم َو﴿﴾ى َرْسُعْلِل ُهُرِ سَیُنَسَف﴿﴾ىَنْسُحْلاِب َب ذَك َو﴿﴾ىَنْغَتْسا َو َل ِخَب
﴾ى د َر
 
5. “Amma o kəs ki infaq etdi və qorxdu”; 6. “Gözəl mükafatı təsdiq etdi”; 7. 
“Tezliklə onu ən üstün yol üçün hazırlaycağıq”; 8. “Amma o kəs ki, xəsislik göstərdi 
və özünü ehtiyacsız saydı”; 9. “Gözəl mükafatı təkzib etdi”; 10. “Onu ən ağır yola 
çəkəcəyik”; 11. “Həlak olduğu vaxt var-dövləti ona xeyir verməyəcək.” 
 
Nöqtələr 
 
◘Təqva ilə yanaşı əta dedikdə xalis niyyətlə, minnətsiz, halaldan, Allah yolunda əta 
nəzərdə tutula bilər. Bütün bu səciyyələr təqva sözündə xülasələşmişdir. 
◘Allah yalnız insanların fərqli təlaşlarına görə onların bəzisi üçün xeyir, bəzisi üçün 
şər yol açır. 
◘Nəql olunur ki, varlı bir şəxsin meyvə ağacından düşən meyvələri qonşunun 
uşaqları yeyərdi. Ağac sahibi meyvəni uşaqların ağzından çıxarardı. Həmin uşaqların 
atası məsələni Peyğəmbərə (s) danışdı. Həzrət Peyğəmbər (s) ağac sahibinin yanına gedib 
behişt ağacı müqabilində həmin ağacı Peyğəmbərə (s) satmasını təklif etdi. Ağac sahibi 
bu təklifi rədd edib dedi: “Nağd dünyanı nisyə axirətə satmıram.” Peyğəmbər (s) həmin 
yeri tərk etdi. Peyğəmbərin (s) yaxınlarından biri soruşdu: “Ya Rəsuləllah (s), həmin 
ağacı məndən də həmin qiymətə alarsınızmı?” Həzrət (s) buyurdu: “Bəli.” Həmin şəxs 
ağac sahibinin yanına gedib küllü miqdarda pul verərək Peyğəmbərin (s) ixtiyarına verdi. 
Peyğəmbər (s) yoxsulun evinə gəlib ağacı onlara bağışladı. Həmin vaxt hazırkı ayələr 
nazil oldu.
1
◘Hər kəs iman və təqva əsasında səxavət yolunda ilk addım atsa, Allah həmin şəxsin 
tutumunu və ruhi durumunu bir çox işlər üçün hazırlayar, onu xeyir işlərə müvəffəq edər. 
Bu şəxsin təcrübəsi, düşüncəsi, bacarığı güclənər. Allah ona ilham, istedad verər. Həmin 
şəxsin ictimai nüfuzu artar, qarşısında xeyir işlər üçün yol açılar. Bütün bunlar hazırkı 
ayələrin nümunəsidir. 
◘İncə nöqtələrdən biri budur ki, Quran buyurur: “Biz onu ən asan yol üçün 
hazırlayırıq.” Buyurulmur ki, onun işini asanlaşdırarıq. Bu iki təbir arasında fərq var. 
Yolun asanlaşması ilə işin asanlaşması fərqli məfhumlardır. İnsan təvəkkül, dua, ilahi 
qüdrətə bağlanmaqla qəlbini o qədər genişləndirib aramlaşdıra bilər ki, bütün işlər ona 
asan gələr, xeyir işdən çəkinməz. 
◘Kərbəla tarixçəsində oxuyuruq ki, xanım Zeynəb (s.ə.) imam Hüseynin (ə) tikə-tikə 
doğranmış cisminə görüb dedi: “Pərvərdigara, bu şəhid Sənin əzəmətin qarşısında 
kiçikdir. Onu qəbul et!” Bəli, iman və təqva insanı bütün hadisələrə hazırlayır, onu 
dözümlü edir. İmam Hüseyn (ə) qılınc ağrılarını hiss etmirdi. 
◘”Yusra” və “usra” sözləri asan və çətin işlərə, yollara işarədir. 
Əsas məsələ bağışlamaqdır. Nədən bağışlamaq, nə qədər bağışlamaq mühüm deyil. 
1
“Təfsiri-nümunə” 


262 
◘”Husna” sözü ya “ruca” sözü kimi məsdərdir, ya da “əhsən” sözünün müənnəs 
(qadın cinsi) formasıdır. 
◘İmam Baqir (ə) hazırkı ayələrlə bağlı buyurur: “İnsan hansı işə üz tutarsa Allah 
həmin işi onun üçün asanlaşdırar.”
1
Növbəti ayələrin təfsirində buyurulur: “İnsan şər bir 
iş görmək qərarına gələndə Allah həmin işin yerinə yetirilməsini asanlaşdırır.”
2

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin