32
İnsanı Allah zikrindən ayıran səbəblər çoxdur. Onları ən mühümləri bu ayədə yada
salınmış mal və övladdır. Şərab və qumar da Allah zikrinə mane olan səbəblərdəndir.
1
Alış-veriş, ticarət də insanı ilahi düşüncələrdən ayıra bilər.
Bu səbəbdən də ticarət
zamanı Allahı unutmayanlar mədh edilir.
2
Var-dövlət toplamaq həvəsi insanı Allah
zikrindən ayıran səbəblərdəndir.
3
Uzun-uzadı arzular da insanın fikrini yayındırır.
4
Digər
qəflət amili insanın rifaha meyl göstərməsidir.
5
Qeyd etmək lazımdır ki, axirət üçün müqəddimə sayılmayan dünyaya bağlılıq
təhlükəlidir. Belə ki, dünya həyatını bəzəyən insan qətiyyən
axirət barədə düşünmür,
yalnız dünyası üçün çalışır. Belə bir meyl insanı Allah zikrindən uzaqlaşdırır.
6
Şübhəsiz ki, Allahdan qəflət insanı şeytana yaxınlaşdırır.
7
Nəticədə insan ağrılı
əzaba düçar olur.
8
◘İnsana xəbərdarlıqlarda məqsəd Allah zikrindən uzaqlığın
təhlükəsini önə
çəkməkdir. Mal və övlad ona görə yada salınır ki, bu iki amil əsas qəflət amillərindəndir.
◘Allahın zikri dedikdə onun istənilən bir şəkildə yada salınması nəzərdə tutulur.
Amma ən üstün zikr namazdır. Bəli, mal və övlada əsarət insanı namazdan ayırır.
◘Olsun ki, mal və övlad öz zahiri cilvəsi ilə insanı yayındırır.
9
◘Quran mal və övladı fitnə və sınaq amili sayır.
10
Başqa bir ayədə mal və övladın
insanı Allaha yaxınlaşdırmadığı bildirlir.
11
Dostları ilə paylaş: