Bildirişlər 1. Allah öz Peyğəmbərini (s) dünya və axirətdə istənilən bir qəhr-qəzəbdən
sığortalamışdır.
2. Axirət nemətlərində dünya nemətlərindəki nöqsanlar yoxdur.
3. Vəhyin qısa bir müddət kəsilməsi müqabilində Allah Peyğəmbərə (s) diqqəti cəlb
edən vəd verir.
4. İlahi insanları bütün dünyaya sahiblik də razı salmaz. Demək Allahın vədi
axirətdə gerçəkləşəcək.
5. Allah Peyğəmbəri (s) razı salmaq istəyir.
6. Rəhbər başqalarının dərdini dərk etmək üçün özü dərdlə tanış olmalıdır.
7. Yetimlik insanın kamala çatmasına mane olmur.
8. İnsanın insana minnət qoyması pisdir. Amma Allahın insana qoyduğu minnət bir
dəyərdir.
9. İlahi nemətlərin yada salınması insanda Allaha təşəkkür, başqalarına xidmət
ruhiyyəsini dirçəldir.
10. Qüdrətə çatdığınız vaxt zəif vaxtlarınızı yaddan çıxarmayın.
11. Allah öz lütfünü vasitələrlə çatdırır. Allah Peyğəmbəri (s) həzrət Əbu-Talib və
həzrət Xədicə vasitəsi ilə imkanlı etdi.
12. Yetimə sığınacaq vermək, yoxsula əl tutmaq ilahi işdir.
13. Öz acı keçmişinizi yada salsanız məhrumları unutmazsınız.
14. Yaşına və ruhi durumuna görə yetimə yardım əhəmiyyətli sayılır.
15. Nemətləri Allah tərəfindən bilin və bu nemətlər sizi qürrələndirməsin.
16. Nemətləri dilə gətirmək bir növ şükürdür.
17. Allahın keçmişdəki lütfləri gələcəyə ümid verir. (Keçmişdə yetim və yoxsul
olduğun vaxt sənə diqqət göstərən Allah gələcəkdə də səni tənha buraxmaz.)
18. Allah çox bağışlayır, amma az istəyir. O yoxsulu var-dövlətə çatdırır. Amma
bizdən yoxsula var-dövlət verməyimizi yox, sadəcə onu rədd etməməyimizi tələb edir.
Yetimə böyük diqqət göstərən Allah bizdən istəyir ki, onunla sərt davranmayaq.
19. Allah bəndələri istəməmiş onlara əta edir. Gəlin, heç olmaya istəyənlərə əl tutaq.
20. Nemətləri öz elm və bacarığımızın məhsulu saymayaq. Bütün nemətlər Allahın
lütfüdür.
1
“Bihar”, c. 8, s. 57
2
“Təfsiri-Safi”
3
“Təfsiri-məcməul-bəyan”; “Təfsiri-nümunə”
4
“Vəsail”, c. 8, s. 40
267
21. Nemətləri yada salmaq insanları ümidsizlikdən və lovğalıqdan xilas edir. İlahi
nemətləri xatırlayan insanın müqaviməti artır.
22. Yetimlər üçün yemək və geyimdən də üstünü məhəbbətdir.
23. İnsana xəstəlik və ya yoxsulluq üz tutduqda başqa nemətləri xatırlamaq ona
təsəllidir.
24. İlahi nemətlər insnaı qəflətə uğratmamalı, onun təkamül və tərbiyəsi üçün faydalı
olmalıdır.