269
◘Surədə Peyğəmbərin (s) üzərindəki ağır yükün götürüldüyü bildirilir. Bu yük
peyğəmbərlik məsuliyyəti, insanların tövhidə dəvəti, fəsad və şirklə mübarizə idi. Allah-
taala Peyğəmbərə (s) geniş köks verməklə onu bu yükdən azad etdi.
◘İnsanın qəm-qüssəsini azaltmaq mümkün deyil. Bu qəm-qüssə yükünü
yüngülləşdirmək üçün yalnız onun tutumunun artması zəruridir.
Tutumlu insan
problemləri asanlıqla ötürür. Geniş köks Allahın xüsusi lütfüdür. Allah doğru yola
çəkmək istədiyi şəxsin ruhunu İslam üçün genişləndirir.
1
◘Psixoloji baxımdan insan öz düşüncəsini problemlərə əsir etməməlidir. Allah vəd
edir ki, çətinlikdən sonra asanlıq gəlir. Bu barədə düşünüb rahatlaşmaq lazımdır.
◘Çətinlik yüngüllük üçün bir səbəbdir. Ayədəki “məə” sözü səbəb mənasında işlənə
bilər. Yəni hər çətinliyin batinində insan üçün təcrübələr var.
◘İkinci cümlədə “fa” şəkilçisinin işlədilməməsi göstərir ki,
bu qayda təkcə
Peyğəmbər (s) üçün deyil. Hər bir insan üçün çətinlikdən sonra yüngüllük var.
◘İlahi rəhbərlərin müxtəlif problemlər, o cümlədən müxaliflərin hücumları,
işgəncələri, böhtanları və inadkarlıqları qarşısında hər nədən artıq geniş qəlbə ehtiyacları
var.
◘Rəvayətlərə əsasən “Zuha” və “Şərh” surələri bir surə sayılır. “Fil” və “Qüreyş”
surələri də belədir. Vacib namazlarda Həmddən sonra bu surələr birlikdə oxuna bilər. Bu
müddəa risalələrdə də təsdiqlənir. Uyğun müddəanın dəlillərindən biri 1-ci surənin son
ayəsinin 2-ci surənin ilk ayəsinə uyğun olmasıdır.
◘Peyğəmbər (s) ona əta olunmuş “şərhi sədr”
səbəbindən öz qövmünün əzab-
əziyyətləri qarşısında onlara nifrin etmədi. Həzrət onu hər addımda incidənlərə dua
edirdi.
2
Peyğəmbər (s) Məkkənin fəthindən sonra ümumi əfv elan etdi. Həzrət Yusif
qardaşlarını bağışladığı kimi, həzrət bütün ümməti əfv etdi.
◘Bəli, Peyğəmbərin (s) üzərindən ağır yükün götürülməsi sayəsində insanlar axın-
axın İslama üz tuturdular.
3
Müsəlmanlar Bədr, Xəndək və Hüneyn savaşlarında
qalib
gəldilər. Bəzi münafiqlər və qorxaqlar İslam cəbhəsini tərk etsələr də bu din günbə gün
güclənirdi. Əksər hallarda Peyğəmbərin (s) yükü həzrət Əlinin (ə) vasitəsi ilə
yüngülləşdirilirdi. Həzrət Əli (ə) Bədr, Xeybər və Ühüd savaşlarında
böyük şücaətlər
göstərdi. Əlbəttə ki, bəzən bu yük qeybi yardımlar, mələklər, düşmənlərin qəlbinə qorxu
salınması vasitəsi ilə yüngülləşirdi.
4
◘Allah peyğəmbərinin adını ucaldır, onu izzətləndirirdi. Quranda Peyğəmbərə (s)
salam-salavat göstərişi verilir.
5
Allah Peyğəmbərin (s) adını öz adı ilə yanaşı çəkir.
6
Allah
azanda Peyğəmbərə (s) şəhadəti öz yeganəliyinə şəhadətlə yanaşı qərar vermişdir. Hər
namazın təşəhhüdündə həmin şəhadətlər təkrarlanır.
◘Bir qadın həzrət Əliyə (ə) şikayətləndi ki, əri onun ehtiyaclarını ödəmir. Həzrət
onun ərini cəzalandırmayıb
buyurdu ki, hər çətinlikdən sonra asanlıq var.
7
Dostları ilə paylaş: