Bildirişlər 1. Quran qiraətinə Allahın adı ilə başlamaq lazımdır.
2. İslamın ilk əmri elmi bir əmr idi.
3. İnsan ilahi məqsədlə oxumalıdır.
4. Quran oxumaq təkamül vasitəsidir.
5. Allahın tərbiyəsi həm maddi, həm də mənəvidir.
6. Rəbb elə yaradan varlığın özüdür. Müşriklər isə Allahın yaradan olduğunu qəbul
edir, bütləri özlərinə Rəbb sayırdılar.
7. İnsanın laxta qandan yaradılması həm elmi baxımdan yenilikdir, həm də insan
üçün tərbiyə vasitəsidir. Laxta qandan yaradıldığını düşünən qürrələnməməlidir.
8. Varlıq aləminin yaranışında insanın yaranışı ayrıca qeyd edilir.
9. İnsanın əsil müəllimi Allahdır.
10. Qələm elmin ötürülməsi ən üstün vasitədir.
11. İlahi vəhy bəşəri elmlərin mənbəsidir.
12. Allahın yaradan, Rəbb, kərim və müəllim olması Quran qiraətini zəruriləşdirir.
13. Allah öz işlərini vasitələrlə yerinə yetirir.
14. Qələmdən istifadə ilə cəhalətdən qurtuluş Allahın kərəm və rübubiyyət
cilvələrindəndir. Yazıçılıq bəyənilmiş, İslamda rəğbətlə qarşılanan bir peşədir.
15. Allah insanın həm cismini, həm də ruhunu inkişaf etdirir.
Ayə 6, 7, 8, 9, 10, 11, 12, 13, 14: يِذ لا َتْیَأ َرَأ﴿﴾ىَعْجُّرلا َكِ بَر ىَلِإ نِإ﴿﴾ىَنْغَتْسا ُهآ ر نَأ﴿﴾ىَغْطَیَل َناَسن ِ ْلْا نِإ لاَك﴿ اَك نِإ َتْیَأ َرَأ﴿﴾ى لَص اَذِإ اادْبَع﴿﴾ىَهْنَی َب ذَك نِإ َتْیَأ َرَأ﴿﴾ى َوْق تلاِب َرَمَأ ْوَأ﴿﴾ىَدُهْلا ىَلَع َن ﴾ى َرَی َ اللّ نَأَِب ْمَلْعَی ْمَلَأ﴿﴾ى ل َوَت َو “Belə deyil! Şübhəsiz, insan tüğyan qoparır; çünki özünü ehtiyacsız görər; həqiqətən, hamının qayıdışı sənin Rəbbinə doğrudur; qadağa qoyanı gördünmü? O bəndəyə ki, namaz qılırdı; düşündünmü ki, əgər o bəndə doğru yoldadırsa, ya təqvaya çağırırsa (ona qadağa qoyanın cəzası oddur); düşündünmü ki, təkzib edib üz döndərsə (yalnız özünü həlak edir); o bilmirmi ki, Allah görür?!”