277
6. Torpaq atanın cəzası daşdır.
7. Allahın qüdrəti azğınların bütün qurğularını puça çıxarar.
8. Başqalarının qadağaları qarşısında ibadətləri israrla davam etdirin.
9.
Öncə zülmə etiraz, sonra ibadət.
10. Allaha yaxınlaşmaq üçün ən üstün vasitə səcdədir.
278
“QƏDR” SURƏSİ
(97-Cİ SURƏ; 5 AYƏ)
OTUZUNCU CÜZ
“QƏDR” SURƏSİNİN SİMASI
Qədr surəsi Məkkədə nazil olmuşdur. Digər Məkkə
surələri kimi bu surənin də
ayələri qısa və ahəngdardır.
Surənin başlanğıcında Quranın qədr gecəsində nazil olduğu bildirilir.
Ayələr qədr
gecəsinin əhəmiyyətini və min aydan üstün olduğunu yada salmaqla davam edir və həmin
gecə Allahın salamına işarə ilə başa çatır.
Rəvayətlərdə bildirilir ki, surəni oxumağın bir sıra fəzilətləri var. Namazda “Həmd”
surəsindən sonra məhz bu surənin məqamçı vurğulanır. Vacib namazda “Qədr” surəsini
oxuyana xitab edilər: “Allah sənin keçmişini bağışladı, hər şeyə yenidən başla.”
1
İmam Riza (ə) buyurur: “Möminlərin qəbir ziyarətində “Qədr” surəsi 7 dəfə
oxunarsa, Allah həmin ölüləri və “Qədr” surəsini tilavət edən şəxsi bağışlayar.”
2
رلا ِللهٱ ِمْسِب
ِنمْح
Dostları ilə paylaş: