284
“BƏYYİNƏ” SURƏSİ
(98-Cİ SURƏ; 8 AYƏ)
OTUZUNCU CÜZ
“BƏYYİNƏ” SURƏSİNİN SİMASI
Bu
surə Mədinədə nazil olmuşdur, 8 ayədən ibarətdir.
Surənin adı onun 1-ci ayəsindən götürülmüşdür. “Bəyyinə” dedikdə aydın dəlil
mənası nəzərdə tutulur.
Surədə kitab əhli ilə mübahisələrdən danışılır. Namaz və zəkat haqqında bəyanatlar
da surənin əsas mövzularındandır. Bu mövzular Məkkədə açıqlansa
da Mədinədə
rəsmiləşmişdir.
“Bəyyinə” surəsində Peyğəmbərin (s) risalətinin bütün yer üzünə aid olduğu
bildirilir. Bu yönümdə aydın dəlillər, bəzilərinin maddi mənafelərə xatir bu həqiqətə arxa
çevirdiyi bildirilir.
Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlar bu surədə hansı
bərəkətlərin olduğunu
bilsəydilər, ailə-övladlarını, var-dövlətlərini qoyub onu öyrənməyə çalışardılar.” Həzrət
buyurur ki, yaxın mələklər səmalar və yer yaranan gündən
bu surənin tilavətini
dayandırmamışlar. Həzrət qeyd edir ki, gecələr bu surəni oxuyan insana mələk ayrılar və
həmin mələk insanın dinini və dünyasını hifz edər.
Dostları ilə paylaş: