Bildirişlər 1. Cihad və müdafiə dəyərlidir ki, Allah mücahidlərin süvar olduğu atların nəfəsini
and içir.
2. Müqəddəs cihad bu yoldakı hər şeyi müqəddəsləşdirir. Hətta atın nəfəsinə and
içilir.
3. Müsəlmanlar süvari, cəld olmalıdırlar. (Atın nəfəsinə andda süvariliyə təşviq var.)
4. Atlar Allah yolunda çapır, insan isə itaətsizlik göstərir.
5. Düşmən ilə cihadda cəldlik bir dəyərdir.
6. Düşmənin qəflətindən hücum üçün istifadə edin.
7. Düşməni elə yuxuya verin ki, ayağa qalxmağa fürsət tapmasınlar.
8. Nankorluq və dünya malına məhəbbət insanı düşmən cəbhəsinə keçirər.
9. Şəhidləri, ilahi yardımları unutmayın.
10. Qələbə və əmin-amanlıq insanı qürrələndirir. Ona xəbərdarlıq lazımdır.
11. İnsanın vicdanı agahdır. İnsan bəhanə gətirdiyi vaxtda pis iş gördüyünü anlayır.
12. İslamda sərvət, var-dövlət xeyir adlandırılır.
13. Var-dövlətə bağlılıq fitri bir meyldir. Məzəmmət olunan isə insana halal-haramı
ilahi əmrləri unutduran ifrat bağlılıqdır.
14. Qəbirdən danışılması məadın cismani olduğunu göstərir.
15. Qiyamətin yada salınması nankorların və dünyapərəstlərin oyanışı üçün səbəbdir.
16. Qiyamət günü iç sirləri açılar və hesaba çəkilər.
17. Allah bizim düşüncə və əməllərimizdən tam xəbərdardır.
18. Allah insanın dünyadakı işlərindən də agahdır. Amma Onun xəbərdarlığı
qiyamət günü üzə çıxır.
19. Allah hər şeydən xəbərdar olduğu üçün dəqiq hesab aparır.
20. İnsan Allahı inkar etdiyi kimi başqalarını inkar edə bilmir. O Allaha qarşı daha
çox nankordur.
1
“Əhzab”, 72; “Məaric”, 19; “İsra”, 83; “İsra”, 67; “Məaric”, 20; “Məaric”, 21
2
“İsra”, 70; “İsra”, 70; “Tin”, 4; “Hicr”, 29