Nur təFSİRİ


لاَك﴿﴾َن  َنْیَع اَه ن ُوَرَتَل مُث﴿﴾َمی ِحَجْلا ن ُوَرَتَل﴿﴾ِنیِقَیْلا َمْلِع َنوُمَلْعَت ْوَل



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə287/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   283   284   285   286   287   288   289   290   ...   317
NUR-TƏFSİRİ-12

لاَك﴿﴾َن
 َنْیَع اَه ن ُوَرَتَل مُث﴿﴾َمی ِحَجْلا ن ُوَرَتَل﴿﴾ِنیِقَیْلا َمْلِع َنوُمَلْعَت ْوَل
 
نُلَأَْسُتَل مُث﴿﴾ِنیِقَیْلا
ِنَع ٍذِئَم ْوَی 
﴾ ِمیِع نلا
 
1. “(Var-dövlət, övladlara görə) Çoxluqla öyünmək sizin başınızı qatdı”; 2. “O 
vaxta qədər ki, qəbirləri ziyarət etdiniz”; 3. “Belə deyil! Tezliklə başa düşəcəksiniz”; 
4. “Yox, belə deyil! Gələcəkdə biləcəksiniz”; 5. “Belə deyil! Əgər (axirətlə bağlı) 
yəqin bir elminiz olsaydı”; 6. “Hökmən, cəhənnəmi görərdiniz”; 7. “Sonra onu öz 
gözünüzlə görərdiniz”; 8. “Həmin gün nemətlər haqqında sorğuya çəkilərsiniz.” 
 
Nöqtələr 
 
◘“Təkasur” sözü “kəsrət” sözündən olub çoxluq istəyi, çoxluqla öyünmə mənasını 
bildirir. 
Çoxluqla lovğalanmaq nümunələri 
 
- Şirk və çoxallahlılıqda təkasur.
1
Həzrət Yusif zindandakı müşrik yoldaşlarına dedi: 
“Deyin görüm çoxsaylı ağalar yaxşıdır, yoxsa yeganə qəhr-qəzəb sahibi olan Allah?” 
- Qidada təkasur; Bəni-İsrail bir növ qida ilə kifayətlənməyib soğan, sarımsaq, 
mərcimək və xiyar istəyirdi.
1
1
“Yusuf”, 29 


296 
- Ömürə münasibətdə təkasur; Bəziləri min il yaşamaq arzusundadır.
2
- Var-dövlətdə təkasur; Quranda buyurulur ki, bəziləri var-dövlət toplayıb onu 
saymaqla məşğuldur.
3
- Məskəndə təkasur; Quran bəzilərini məzəmmət edərək buyurur ki, hər dağın 
ətəyində bir qəsr tikirsiniz.
4
- Şöhrətdə təkasur; İslam cinsi ehtiyacın ödənməsi üçün evlənmək yolunu 
müəyyənləşdirmişdir.
5
Başqa yolla şəhvani istəkləri ödəmək azğınlıq sayılır.
6
◘“Əlhakum” sözü “ləhv” sözündən olub, mənasız işlərlə məşğulluq mənasını 
bildirir. Bu qəbil işlər insanı uca məqsədlərdən yayındırır. 
◘“Zurtum” sözü ziyarət, “məqabir” sözü məqbərələr mənasındadır. 
◘İki qəbilə arasında çoxluqla bağlı mübahisə düşdü. Onlar qərara gəldilər ki, öz 
saylarını müəyyənləşdirsinlər. Onlar diriləri saydıqdan qəbiristanlığa gedib ölüləri 
saymaq qərarına gəldilər. 
◘Həzrət Əli “Nəhcül-bəlağənin” 221-ci xütbəsində hazırkı surəni oxuduqdan sonra 
müəyyən həqiqətləri açıqlayır. İbn Əbdül Hədid həmin xütbənin şərhində deyir: “50 il 
müddətində bu xütbəni min dəfədən çox oxudum bu xütbə o qədər dəyərlidir ki, bütün 
ərəb natiqləri bi yerə yığışıb onu dinləsələr səcdəyə düşərlər. Necə ki Quranın bəzi 
ayələrində səcdə edilir.
7
Biz həmin xütbədən qısa bir parçasını nəzərinizə çatdırırıq: 
Atalarının qəbirləri iləmi öyünürlər? Yoxsa öz davamçılarının sayı ilə fəxr edirlər? Ata-
babaları cəsəd idilər, çürüyüb getdilər, hərəkətdə idilər donub qaldılar. Həmin 
cəsədlərdən ibrət götürək yaxşıdır. Yoxsa onlarla öyünmək?! 
◘Həzrət Əli (ə) bir hədisdə buyurur ki, 1-ci “sonra biləcəksiniz” qəbr əzabına, 2-ci 
“sonra biləcəksiniz” axirət əzabına aiddir.
8
◘Yəqin dedikdə bilməkdən daha dərin mahiyyətə malik qəlb inamı nəzərdə tutulur. 
Məsələn, hamı bilir ki, ölünün kimsə ilə işi yoxdur. Amma heç kim ölünün yanında 
yatmaq istəmir. Ölüyuyan isə ölünün kənarında çox rahat dayanır. Çünki o ölünün 
çarəsizliyinə əmindir. Ölü yuyan şəxs təkrar sayəsində yəqinə çatdığı kimi, insan ilahi 
göstərişlərə münasibətdə yəqinlik əldə etməlidir. 
◘Rəvayətlərə əsasən Allaha təvəkkül, onun qarşısında təslimçilik, ilahi 
müqəddəratdan razılıq, işləri ona tapşırmaq yəqinlik nişanəsidir.
9
◘Yəqinin dərəcələri var. Bu surədə yəqinin iki dərəcəsi bəyan olunmuşdur. Onun 
sonrakı məhrhələləri “Vaqeə” surəsinin 95-ci ayəsində bəyan olunur. Yəqinin aşağıdakı 
mərhələləri var: elmul-yəqin, həqqul-yəqin və eynul-yəqin. İnsan bəzən uzaqdan tüstünü 
görüb bilir ki, od var. Belə bir yəqinlik elmul-yəqindir. Bəzən odunu özünü görməklə 
yəqinlik yaranır. Bu eynul-yəqindir. Bəzən də insan bədəni odda yanmaqla odun varlığını 
dərk edir. Bu həqqul-yəqindir. 
◘Ayələrdə odu görmək dedikdə ya onu qiyamətdə müşahidə etmək, ya da elə bu 
dünyada bərzəx gözü ilə, ruhani bir halla onu nəzərdən keçirmək nəzərdə tutulur. 
1
“Bəqərə”, 61 
2
“Bəqərə”, 96 
3
“Huməzə”, 2 
4
“Şuəra”, 128 
5
“Muminun”, 6 
6
“Muminun”, 7 
7
“Şərhi-ibn Əbül Hədid”, c. 11, s. 153 
8
“Təfsiri-kəbiri Fəxr Razi” 
9
“Biharul-ənvar”, c. 70, s. 138 


297 
◘Hədislərə əsasən qiyamətdə su və çörək nemətləri haqqında soruşulmaz. Bu barədə 
sorğu Allahın şənində deyil. Nəzərdə tutulan vilayət, məsumların rəhbərlik nemətidir.
1
İmam Riza (ə) buyurur: “İnsanlardan su və çörək haqqında soruşmaq nəinki Allah, hətta 
insanlar üçün qəbahətdir. Qiyamətdə məsum rəhbərlik neməti haqqında soruşular.”
2
◘İnsan təkcə cəmiyyətin çoxluğu ilə yox, var-dövlət və övladlarının çoxluğu ilə də 
öyünür.
3
Bu səbəbdən də Quranda tövsiyə edilir ki, var-dövlət və övladlar başınızı 
qatmasın.
4
◘Həzrət Peyğəmbər (s) bu surəni tilavət etdikdən sonra buyurmuşdur: “Qeyri-şəri 
yolla mal toplamaq, onların vacib ödəncini verməmək, onları sandıqlarda saxlamaq 
təkasurdur.”
5
Həzrət Əliyə (ə) məxsus bir şerdə dünyaya ifrat məşğulluq, uzun-uzadı arzulara 
uymaq, mal-dövləti xəzinədə saxlamaq pislənilir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin