Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə288/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   284   285   286   287   288   289   290   291   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Çoxluq istəyi və çoxluğa görə öyünmək insanı əbəs işlərə sövq edir. 
2. Çoxluqla öyünmək qiyamət hesabına diqqətsizlik amilidir. 
3. Çoxluqla öyünmə xasiyyəti hətta ölülərin sayılmasına aparıb çıxarır. 
4. Qiyamətdəki durumdan xəbərsizlik insanı azğınlığa sürükləyir. 
5. Azğın düşüncə və rəftarlar müqabilində xəbərdarlıqları təkrarlamaq lazımdır. 
6. İman və yəqinlik yolu ilə gələcəyi görmək mümkündür. 
7. Cəhalət dövründə kəmiyyət o qədər mühüm sayılırdı ki, hətta ölülər hesaba 
alınırdı. 
8. Var-dövlətlə öyünməyin cəzası ağırdır. 
9. İşin sonunu düşünmək insanı lovğalıqdan çəkindirir. 
10. Yəqinliyə çatmaq, həqiqətləri tanımaq üçün çalışmaq lazımdır. Yalnız bu yolla 
qiyamət təhlükəsindən amanda qalmaq olar. 
11. Dünyaya başı qatışanlar heç vaxt yəqinliyə çatmır. 
12. İman və yəqinliyin dərəcələri var. 
13. Qiyamətdə hər kəs ona verilən imkanlar əsasında sorğuya çəkilər. 
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Üyunul-əxbar”, c. 2, s. 129 
3
“Hədid”, 20 
4
“Munafiqun”, 9 
5
“Təfsiri-nurus-səqəleyn” 


298 
“ƏSR” SURƏSİ 
 
(103-CÜ SURƏ; 3 AYƏ) 
 
OTUZUNCU CÜZ 
 
“ƏSR” SURƏSİNİN SİMASI 
 
Məkkədə nazil olmuş bu surə 3 ayədən ibarətdir. Surənin adı onun 1-ci ayəsindən 
götürülmüşdür. “Əsr” dedikdə öncə “sıxmaq”, sonra günün (günortadan sonrakı) əsr 
vaxtı, daha sonra zaman kəsiyi nəzərdə tutulur. 
Surənin qısa mətnində əsrə and içildikdən sonra insanın daim ziyanda olduğu 
bildirilir. İnsanlara iman, saleh əməl, bir-birlərini haqqa çağırmaq tövsiyə olunur. 
İmam Sadiq (ə) buyurur: “Nafilə namazlarında əsr surəsini oxuyan kəsi Allah 
qiyamət günü çöhrəsi nurlu, təbəssümlü ... halda ayağa qaldırar. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin