Nur təFSİRİ


Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə292/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   288   289   290   291   292   293   294   295   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9: 
 ٍة َزَمُه ِ لُكِ ل ٌلْی َو﴿
 
نَذَبنُیَل لاَك﴿﴾ُهَدَلْخَأ ُهَلاَم نَأ ُبَسْحَی﴿﴾ُهَد دَع َو الًاَم َعَمَج يِذ لا﴿﴾ٍة َزَمُّل
اَه نِإ﴿﴾ِةَدِئْفَ ْلْا ىَلَع ُعِل طَت يِت لا﴿﴾ُةَدَقوُمْلا ِ اللّ ُراَن﴿﴾ُةَمَطُحْلا اَم َكاَرْدَأ اَم َو﴿﴾ِةَمَطُحْلا يِف
 
 َع يِف﴿﴾ٌةَدَص ْؤُّم مِهْیَلَع
﴾ٍةَد دَمُّم ٍدَم
 
1. “Vay halına eyb axtarıb tənə vuranın”; 2. “O kəs ki, mal yığıb daim onu 
sayar”; 3. “O elə güman edir ki, var-dövləti onu əbədiləşdirib”; 4. “Belə deyil! O 
hutəməyə atılar”; 5. “Sən nə bilirsən ki, hutəmə nədir?” 6. “O, Allahın şölələnmiş 
odudur”; 7. “Bir od ki, qəlblərə yol tapar”; 8. “Həmin od onları qapamışdır 
(qaçmağa yolları yoxdur)”; 9. “Onlar uca sütunlara bağlanmışlar.” 
 
Nöqtələr 
 
◘”Huməzə” sözü “həmz” sözündən olub göz, qaş və işarələrlə eyb axtarmaq 
mənasını bildirir. “Luməzə” sözü dillə eyb axtarılmasına işarədir. Bu sözlərin sonundakı 
“ta” hərfi mübaliğə üçündür. 
◘”Hutəmə” dedikdə əzmək, tam ovmaq mənası anlaşılır. “Musədə” dedikdə isə 
dağda düzəldilən və qapısı möhkəm bağlanan yarıq nəzərdə tutulur. 
◘”Əmədin muməddədə” dedikdə ya əzab əhli üçün nəzərdə tutulmuş uzun mıxlara, 
ya da uca sütunlar tək yüksələn od şölələrinə işarə olunur. 
◘İslamda Allaha diqqətdən sonra var-dövlət soraqlamaq müsbət qəbul olunur.
1
Amma Allahı yada salmaq əvəzinə var-dövlət ardınca qaçmaq tənqid edilir.
2
◘Eyb axtarmaq və tənə vurmaq istənilən bir şəkildə qadağan və haramdır. Bu işin 
aşkarda və ya gizlində, dillə və ya işarə ilə, zarafata və ya ciddi, kiçik və ya böyük, sənət 
və ya təbiətlə bağlı olmasının fərqi yoxdur. 
1
“Cumuə”, 10
2
“Cumuə”, 11 


302 
◘Bəziləri malını saymaqdan və bunu gözə soxmaqdan ləzzət alırlar. Onlar 
düşünürlər ki, bu sərvət həmişə qalacaq. Quran bu baxışı məzəmmət edərək buyurur ki, 
bu fikirlər insanı cəhənnəmə aparır. Əslində isə var-dövlət və ondan faydalanmaq 
məzəmmət edilmir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin