çıxarmadımı? Allah onların üzərinə dəstə-dəstə quşlar göndərdi; bu quşlar onların
başına möhkəm gildən daş yağdırdılar; Allah onları xırdalanmış saman halına
saldı.”
Nöqtələr
◘Xalq arasında “əbabil” dedikdə hansısa quş nəzərdə tutulur. Əslində bu söz dəstə-
dəstə mənasını bildirir. “Təyrən əbabil” dedikdə dəstə-dəstə quşların pərakəndə şəkildə
axışması nəzərdə tutulur. “Təyrən” sözü quş yox, quş növünü bildirir.
◘Surənin nazil olması ilə bağlı bunları demək olar: Əbrəhə adlı bir padşah Yəməndə
mərmərdən məbəd tikmişdi. O xalqa əmr etmişdi ki, bu məbədi ziyarət etsinlər. Bir ərəb
bu məbədi təhqir etdi. Əbrəhə intiqam almaq üçün Məkkəyə üz tutub Kəbəni dağıtmaq
qərarına gəldi.
Allah-taala dimdiyində daşlar tutmuş quşları Əbrəhə qoşununun üzərinə göndərdi.
Quşlar qoşunun başına daş yağıdırdılar. Əbrəhənin qoşunu saman çöpü kimi xırdalanıb
məhv oldu. Bu hadisənin baş verdiyi il “Amul-fil” adlanır. İslam Peyğəmbəri həmin il
dünyaya göz açmışdır. (Bu hadisə şəmsi 1358-ci ildə İslam Respublikasına hücum etmiş
Amerika aviasiyasının Təbəs çölündə tufana düşməsini xatırladır.)
◘Fil əshabı həm alçaldıldı, həm də məhv oldu. Onların heyvan yemi olan samana
oxşadılması böyük təhqirdir.
304
Bildirişlər
1. Günahkarlara xəbərdarlıq üçün müşahidə ediləsi nümunələr göstərin. (Fil əshabı o
qədər məşhur idi ki, bu mövzuda dəlil göstərməyə ehtiyac yox idi.)
2. Tarixi unutmayın.
3. Kəbə İslamdan öncə də müqəddəs olmuşdur. Müqəddəsliklərin təhqiri
müqabilində cəza nəzərdə tutulur.
4. Allahın günahkarlara qəzəbi Onun rübubiyyət cilvələrindəndir.
5. Quşlar Allahın məmurlarıdır, onların şüuru var.
6. Düşmənin planlarından xəbər tutmaq, bu planları pozmaq zəruridir.
7. Düşmən öz hücumunda ən üstün hərbi vasitələrdən istifadə edir. Amma Allah
kiçik quşlarla onları məğlubiyyətə uğradır.
8. Allahın düşmənləri nə qədər silahlansalar da acizdirlər.
9. Müqəddəsliklərin təhqiri müqabilində ən ağır cəzalar nəzərdə tutulur. (Öncəki
azğın qövmlərin heç biri saman kimi ovulmamışdı.)
10. Möcüzənin həyata keçməsi üçün peyğəmbər və imamın olması zəruri deyil.
Allah peyğəmbər və imamsız da möcüzə göstərir.
|