“QÜREYŞ” SURƏSİ (106-CI SURƏ; 4 AYƏ) OTUZUNCU CÜZ “QÜREYŞ” SURƏSİNİN SİMASI Məkkədə nazil olmuş bu surə 4 ayədən ibarətdir. Surənin adı onun ilk ayəsindən
götürülmüşdür. “Qüreyş” surəsində Allahın Qüreyşə verdiyi nemətlər sadalanır, onlar
ibadətə çağırılır. “Fil” və “Qüreyş” surələri məzmunca o qədər yaxındır ki, onların ikisini
vahid bir surə saymaq olar. Bu səbəbdən də vacib namazlarda bu surələrdən birini
oxumaq qərarına gələn şəxs onların hər ikisini oxumalıdır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs bu surəni oxusa ona Kəbəni təvaf edib,
orada eikaf saxlayanların sayından on qat artıq savab verilər.”
رلا ِللهٱ ِمْسِب ِنمْح رلٱ ِمی ِح "Rəhman və Rəhim Allahın adı ilə" Ayə 1, 2, 3, 4: ﴿﴾ِتْیَبْلا اَذَه بَر اوُدُبْعَیْلَف﴿﴾ ِفْی صلا َو ءاَتِ شلا َةَلْح ِر ْمِهِف َلایِإ﴿﴾ ٍشْیَرُق ِف َلایِ ِلْ﴿ يِذ لا َمآ َو ٍعوُج نِ م مُهَمَعْطَأ ﴾ ٍف ْوَخ ْنِ م مُهَن “Qüreyşin dostluğu xatirinə (bu məmləkətdə Fil qoşununu məhv etdik ki, İslamın zühuru üçün müqəddimə olsun); onların qış və yay səfərlərində dostluğu üçün; (bu nemətə şükr olaraq) bu evin Rəbbinə pərəstiş etməlidirlər; o kəs ki, onları ac ikən doyurdu, qorxudan xilas etdi.” Nöqtələr ◘Bəzi təfsirçilər bu surəni əvvəlki surənin davamı sayırlar. Rəvayətlərə istinadən
bildirilir ki, bu iki surəni namazda bir-birindən ayırmaq olmaz. Əgər Əbrəhə qalib
gəlsəydi, Qüreyş məhv olardı. Qüreyşin həyatı xatirinə Allah Fil əshabını məhv etdi.
◘“Rihlə” dedikdə miniklə yolu ötüb keçmək nəzərdə tutulur. Qüreyş ildə iki dəfə
ticarət səfərinə gedirdi. Onlar qışda Yəmənə, yayda Şama səfər edirdilər.
◘Cahiliyyət ənənələrinə əsasən qan tökmək və savaş bir dəyər sayılırdı. Dostluq
kəlməsinin təkrarı Allahın Qüreyşə lütf və mərhəmətini göstərir.
◘Ticarət səfərləri idxal və ixraca rövnəq verir, həyatı təravətləndirir, mədəniyyətlər
arasında tarazlıq yaradır.
◘Fil əshabı məhv edildikdən sonra insanlar Kəbəyə xüsusi hörmətlə yanaşmağa
başladılar.