5
Alim və fazillərdən təmənnam budur ki, təbliğ və tədrisdə Quran ali bir məqsəd kimi
qarşıya qoyulsun və bütün məntəqələrdəki
elmi mərkəzlərdə, mədəniyyət ocaqlarında,
məscidlərdə və mədrəsələrdə Quran təfsiri dərsləri təşkil edilsin.
İslam, Quran və Peyğəmbər (s) Əhli-beyti (ə) ilə tanışlığımda rolu olanlara təkbətək
təşəkkür edir, onlar üçün, xüsusi ilə də ustadlarım, atam-anam üçün bağışlayan Allahdan
mərhəmət diləyirəm.
Eləcə də, bu təfsirin yazılmasında, tərtibində, islahında, çapında və yayılmasında mənə
yardım edənlərə və işin təkmili üçün qurucu və faydalı tənqid və təklif verənlərə təşəkkür
edirəm.
Möhsün Qəraəti