318
◘Allahın yardımı insanların dinə yardımı ilə müşayiət olunur.
1
◘“Təvvab” sözü Quranda 11 dəfə işlədilmişdir. Bunlardan 9-u rəhmət sözü ilə, 1-i
hikmət sözü ilə yanaşıdır.
2
Bu surədə isə uyğun söz bir dəfə mütləq şəkildə işlədilmişdir.
◘Həzrət Peyğəmbər (s) Məkkənin fəthindən sonra ümumi əfv elan etdi. Məkkə qan
tökülmədən fəth olundu. Hətta Peyğəmbər (s) Səd ibn İbadənin intiqam şüarı dediyini
görüb bayrağı ondan aldı və həzrət Əliyə (ə) verdi. Sonra belə tapşırdı: “Şüarı dəyiş. De
ki, bu gün intiqam yox mərhəmət günüdür.”
◘Həqiqi qələbə və yardım Allah tərəfindəndir. Bəşəri
vasitələrə və qüvvələrə
arxalanmayın. Bütün dünyəvi imkanlar olduğu
halda məğlubiyyətə uğramaq
mümkündür.
3
◘Məkkənin fəthində bütpərəstlərin
ümidi ümidsizliyə,
şirk mərkəzi tövhid
mərkəzinə çevrildi. Möminlərin qarşısındakı maneələr aradan qaldırıldı, İslam
təsdiqləndi. Artıq onun digər ölkələrə yayılması üçün şərait yarandı.
◘İstiğfar, tövbə əmri
ya daha çox qəlbin nuraniyyəti,
ya qələbə qürurunu aradan
aparmaq ya da Peyğəmbərin (s) Allaha yüksək mərifəti üçün idi.
Dostları ilə paylaş: