Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə31/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   27   28   29   30   31   32   33   34   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Göylərin və yerin yaranışı proqramlı və məqsədlidir. 
2. Allah bildirir ki, insanı özü formalaşdırmışdır. 
3. İnsan başqa varlıqlarla müqayisədə daha gözəl və daha kamildir. 
4. Varlıq aləmi ilahi məqsədlə hərəkətdədir. 
5. Varlığın əvvəli də, sonu da Allahdır. 
6. Həqiqi və məqsədli yaranışda insanın mükafat və ya cəza üçün Allaha doğru 
qayıdışı şərtdir. 
Ayə 4:
﴿
 ِتاَذِب ٌمیِلَع ُ لِلّٱ َو َنوُنِلْعُت اَم َو َنوُّرِسُت اَم ُمَلْعَی َو ِض ْرَ ْلْٱ َو ِتا َواَم سلٱ يِف اَم ُمَلْعَی
 
﴾ ِروُدُّصلٱ
 
“O göylərdə və yerdə olanı, gizlətdiyinizi və aşkara çıxardığınızı bilir. Allah 
sinələrdə olandan yaxşı xəbərdardır.” 
 
Nöqtələr 
 
◘Bu ayədə ilahi elm 3 dəfə xatırlanır: ilahi mövcudlara münasibətdə elm, insanın 
aşkar və gizli işlərinə münasibətdə elm, insanın düşüncə və niyyətlərinə münasibətdə 
elm. Allahın elmi həm daimi, həm də dərin bir elmdir. 
◘Allahın bütün əməllərimizdən xəbərdar olduğuna və hər şeyi bilməsinə iman 
günahdan uzaqlıq və təqva üçün ən üstün vasitədir. 
◘Ötən ayədə hamının Allaha doğru qayıdacağaı bildirildi. Bu ayədə isə öləndən 
sonra çürüyüb dağılmış insanın Allaha doğru necə qayıdacağı ilə bağlı suala cavab 
verilir. Bildirilir ki, Allah pərakəndə düşmüş bütün zərrələrdən xəbərdardır, cəsədin 
çürüyüb dağılması onun məhv olması deyil. 
Bildirişlər 
 
1. Allahın elmi üçün zaman və məkan, eləcə də bu kimi başqa məhdudiyyətlər 
yoxdur. Allah həm göylərdən, həm yerdən, həm aşkardan, həm də gizlidən xəbərdardır. 
2. İnsan başına buraxılmayıb, Allahın nəzarəti altındadır. 
3. Allah üçün aşkarla gizlinin fərqi yoxdur. 
4. Allah insanın həm gizli, həm də aşkar işlərindən, eləcə də düşüncə və 
məqsədlərindən xəbərdardır. 
1
“Nəhl”, 125 
2
“Nisa”, 86 
3
“Zumər”, 18 
4
“İsra”, 34 
5
“Bəqərə”, 138 


38 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin