39
◘”İstəğna” sözü “ğəniy” kökündən olub ehtiyacsızlıq mənasını bildirir. Ehtiyacsızlıq
yalnız Allahın şənindədir. İnsan isə başdan ayağa ehtiyac içindədir. Ən pis sifət isə
ehtiyaclı olmaq yox, ehtiyaclı olmadığını düşünməkdir. Quranda bu sifət üç məqamda
məzəmmət edilir.
1
◘Cəmiyyətdə və möminlər arasında şəkk-şübhə yaratmaq təkəbbürlü kafirlərin
qaydasıdır. Bu ayədə deyirlər ki, bizim kimi bəşər bizi hidayət etsin? Başqa bir məqamda
isə Peyğəmbərin (s) Allah tərəfindən göndərilməsini şübhə altına alırlar.
2
Bəzən də
Peyğəmbərin (s) yoxsulluğunu bəhanə gətirirlər.
3
◘Kafirlərin heç bir dəlili yoxdur, onlar sadəcə təkəbbür göstərirlər. Peyğəmbər (s)
haqqında deyirlər ki, bəşər növündən olan fərd cəmiyyəti hidayət edə bilməz.
Məadı şübhə altına alaraq bildirirlər ki, torpaqda çürüyüb yox olduqdan sonra
yenidən necə dirilərik?
4
◘Allah insanların iman və diqqətinə ehtiyaclı deyil. Başqa bir ayədə Allahın
insanların imanına ehtiyaclı olmadığı önə çəkilir. Bəli, yer üzündəki bütün insanlar kafir
olsalar da, bunun Allaha zərəri yoxdur.
5
İnsanların günəşə arxa çevirməsi günəşə yox,
onların özlərinə zərərlidir. Ayələrdən birində buyurulur ki, küfrə üz tutan Allahın bütün
varlıq aləmindən ehtiyacsız olduğunu bilsin.
6
Dostları ilə paylaş: