Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə37/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   33   34   35   36   37   38   39   40   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Qiyamət insan üçün xatırlama günüdür. 
2. Məğbunluqdan xilas yolu iman və saleh əməldir. 
3. İman saleh əməldən ayrı deyil.
4. Saleh əməl pisliklərin kəffarəsidir. 
5. Paklanmasaq behiştə getmərik. Öncə günahları yumaq, sonra behişt barədə 
düşünmək. 
6. Behiştin çoxsaylı bağları və çayları əbədidir. 
7. Ən böyük qurtuluş insanın iman və saleh əməllə behiştə daxil olmasıdır. 
Ayə 11: 
 ٍء ْيَش ِ لُكِب ُ لِلّٱ َو ُهَبْلَق ِدْهَی ِ لِلّاِب نِمْؤُی نَم َو ِ لِلّٱ ِنْذِإِب لًِإ ٍةَبی ِصُّم نِم َباَصَأ آَم﴿
﴾ٌمیِلَع 
 
“Allahın izni olmadan kimsə üçün müsibət üz verməz. Allah ona iman gətirənin 
qəlbini (səbr və dözümlə) hidayət edər. Allah hər şeydən agahdır.” 
 
Nöqtələr 
 
◘Mömin insan Allahın elm, hikmət, və mərhəmətinə inandığından şübhə etmir ki
səbəbsiz yerə kimsə cəzalandırılmır.
3
Qarşıya çıxan çətinlik ya əməllərin cəzasıdır, ya da 
təkamül səbəbi.
4
◘”İzn” sözü Quranda həm Allahın təbii izni (məsələn otların cücərməsi), həm də 
şəriət baxımından izn mənasını bildirir. Məsələn, məzlumlara özünü müdafiə icazəsi 
verilir.
5
Hazırkı ayədə təkvini, təbii izn nəzərdə tutulmuşdur. Yəni bütün hadisələr 
Allahın elm və iradəsi ilə baş verir və Allah hansısa hadisədən xəbərsiz deyil. İstər xeyir, 
istər şərə çatmaq üçün vasitələr müəyyənləşdirilmişdir. İnsan hansı vasitədən istifadə 
edirsə, həmin vasitəyə uyğun məqsədə çatır. 
◘Qəlbin hidayəti möminlər üçün aramlıq səbəbidir. Quranda bildirilir ki, müsibətlə 
rastlaşdıqları vaxt “Allah tərəfindən, Allaha doğruyuq” deyənlər həqiqətən hidayət 
olmuşlardır.
6
◘İman daxili bir haldır. İnsanın qəlbi hidayət olsa danışıq və əməlləri də hidayət 
olar.
Bildirişlər 
 
1
“Biharul-ənvar”, c. 7, s. 262 
2
“Biharul-ənvar”, c. 33, s. 573 
3
“Şura”, 30 
4
“Ənam”, 42 
5
“Əraf”, 58; “Həcc”, 39 
6
“Bəqərə”, 156 


43 
1. Müsibətlər təsadüfi deyil, allahın izni ilə baş verir. Allah hadisələrə mane olmur. 
2. İnsan müsibətlərə rastlaşdığı vaxt onun imanı Allahın rəhmət və hidayətini cəlb 
edir. 
3. Allah-taala müsibətə düşmüş möminlərə çıxış yolu göstərir. 
4. Allahın elm və iradəsinə inananlar hadisələr qarşısında səbirli olur, Allaha 
təvəkkül edirlər. 
5. İnsan öz addım atmaqla ilahi lütflərə çatır. 
6. Allah bizim addımlarımızın səmimi və ya riyakar olduğunu bilir. 
7. Allahın izn və elmi ilə gerçəkləşən müsibətlərdə yalnız Onun özünə məlum olan 
bir sirr var. 
8. İnsanın Allahın əhatəli elminə diqqəti müsibətlər qarşısında müqaviməti 
gücləndirir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin