Nur təFSİRİ


Ayə 14:   ْاوُفْعَت نِإ َو ْمُهوُرَذْحاَف ْمُك ل ا ًّوُدَع ْمُكِد َلً ْوَأ َو ْمُك ِجا َو ْزَأ ْنِم نِإ اوُنَماَء َنیِذ لٱ اَهُّیَأ آَی﴿



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə39/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   35   36   37   38   39   40   41   42   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 14: 
 ْاوُفْعَت نِإ َو ْمُهوُرَذْحاَف ْمُك ل ا ًّوُدَع ْمُكِد َلً ْوَأ َو ْمُك ِجا َو ْزَأ ْنِم نِإ اوُنَماَء َنیِذ لٱ اَهُّیَأ آَی﴿
 
ٱ نِإَف ْاوُرِفْغَت َو ْاوُحَفْصَت َو
َﷲ
 
 ٌمی ِح ر ٌروُفَغ

 
“Ey iman gətirənlər! Zövcələrinizdən və övladlarınızdan bəziləri sizin 
düşməninizdir. Onlardan həzər qılın. Əgər əfv etsəniz? Göz yumsanız və 
bağışlasanız (bilin ki) Allah bağışlayan və mehribandır.” 
 
Nöqtələr 
 
◘”Əfv” dedikdə təqsirin bağışlanması, “səfh” dedikdə təqsirə görə danlamamaq, 
“məğfirət” dedikdə təqsiri yaddan çıxarmaq nəzərdə tutulur. İnsan ətrafındakılara, ailə-
övladına münasibətdə bu üç addımı ata bilər. 
◘İmam Baqir (ə) buyurur: “Məkkə müsəlmanları hicrət qərarına gəldikləri vaxt 
onların ailə-övladlarından maneçilik törədənlər tapıldı. Onlar and verib, ərlərini hicrətdən 
çəkindirmək istəyirdilər.
1
Ayə nazil oldu və Peyğəmbər (s) əmrinə zidd olan bu istəklərin 
qəbul edilməməsi tapşırılıdı. 
◘İnsana dini vəzifələrinin icrasında mane olan ailə-övlad axirət səadətini əngəlləyir. 
Bu səbəbdən də onlar düşmən sayılmışlar. 
◘Qurani-kərimdə yalnız ailə-övlada münasibətdə əfv, səfh, məxrifət mərhələləri 
yanaşı zikr olunmuşdur. 
◘Ayənin nazil olma şəninə əsasən dostu düşməndən seçmə meyarı onların xeyir və 
ya şərə təşviq etməsidir. Bir şəxs öz mənafeinə xatir başqa birini vəzifəsindən 
çəkindirirsə, onun düşmənidir. 
◘Bəzi mühavcirlər ailə-övladlarına deyirdilər ki, əgər bu gün hicrət etməyib 
sonradan gəlsəniz sizi qəbul etməyəcəyik. Amma Quran onların bağışlanmasını tövsiyə 
edir.
2
◘”Nur” surəsinin 22-ci ayəsində də oxşar məzmunla rastlaşırıq. Bildirilir ki, Allahın 
sizi bağışlamasını istəyirsinizsə özünüz də bağışlayın.
◘Əfv etmək, danlamamaq nə qədər mühüm olsa da, təqsiri görməməzliyə vurmaq 
daha üstündür. Məğfirət sözünün əfv və səhv sözlərindən sonra gəlməsi onun daha yuxarı 
mərtəbə olduğunu göstərir. Bundan əlavə Allah ayənin sonunda “ğəfur” sifəti ilə yada 
salınır. Hansı ki, o biri iki sifət də mövcuddur.
3
Quran ümmətə rəhbərliklə bağlı 
Peyğəmbərə (s) üç göstəriş verir: əfv etməkdən əlavə bütün büdrəmələri yaddan 
çıxarmaq, bundan da mühümü onlarla məsləhətləşib, şəxsiyyətlərini dəyərləndirmək.
4
◘Həzrət Peyğəmbərdən (s) belə nəql olunur: “Elə bir dövr gələr ki, kişinin talehi 
arvadı və övladının əlində olar. Onlar yoxsulluğuna görə kişini məzəmmət edər, o da ailə-
övladın istəklərini yerinə yetirmək üçün hər işə əl atıb həlak olar.”
5
1
“Təfsiri-nurus-səqəleyn” 
2
“Təfsiri-nümunə” 
3
“Nisa”, 59 
4
“Ali-İmran 159 
5
“Təfsiri-Məraği” 


45 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin