Bildirişlər 1. Var-dövlət və övlada bağlılıq insan üçün çaşdırıcı amildir. Bu səbəbdən də Allah
xəbərdarlıq edir.
2. İlahi vəzifələrin icrası yolunda mal və övlada məhəbbətə göz yummaq böyük
işdir. Buna görə də Allah-taala həmin əsarətdən çıxanlara böyük mükafat vəd edir.
3. Sınağa çəkən tərəf nə qədər böyük olarsa, sınaqdan çıxanlar üçün mükafat da bir o
qədər dəyərli olar. Böyük Allah böyük mükafat verir.
4. Allahın böyük mükafatına diqqət insanın mal və övlad əsarətindən çıxması üçün
təsirli amildir.
Ayə 16: ُق تاَف﴿ ٱ ْاو َﷲ َقوُی نَم َو ْمُكِسُفنَ ِ لْ اارْیَخ ْاوُقِفنَأ َو ْاوُعیِطَأ َو ْاوُعَمْسٱ َو ْمُتْعَطَتْسٱ اَم حُش ﴾ َنوُحِلْفُمْلٱ ُمُه َكِئَل ْوُأََف ِهِسْفَن “Bacardığınız qədər Allah qarşısında təqvalı olun, Onu eşidin, Ona itaət edin, infaq ayırın. Bu sizin üçün daha yaxşıdır. Nəfsinin şərindən amanda qalanlar həmin nicat tapanlardır.” Nöqtələr ◘”Yuq” dedikdə qorumaq, “şuxx” dedikdə nəfsə meyl mənaları anlaşılır.
◘Hədisdə nəql olunur ki, imam Sadiq (ə) daim “Pərvərdigara, məni nəfsimin
pisliyindən qoru” deyə dua edərmiş. Ondan bu dua haqqında soruşulanda həzrət hazırkı
ayəni oxuyur.
1
İmam Sadiq (ə) buyurur ki, malının zəkatını ödəyən kəs nəfsinin xəsisliyindən xilas
olmuşdur.
2
◘Ali-İmran surəsinin 102-ci ayəsində oxuyuruq: “Allahdan haqqı qədər qorxun.” Bu
ayədə isə insanın gücü çatan qədər Allahdan qorxması, təqvalı olması tapşırılır. Olsun ki,
gücünüz çatan qədər dedikdə fərdi, ictimai, siyasi, iqtisadi sahələrdə təqvalı olmaq, haqqı
çatan qədər dedikdə, təqvanın ali mərtəbəsi olan vər dərəcəsinə yiyələnmək nəzərdə
tutulmuşdur.
3
◘Ötən ayədə var-dövlət ilahi sınaq vasitəsi kimi tanıtdırıldı. Bu ayədə infaq və
xəsislikdən uzaqlıq var-dövlətlə bağlı sınaqlardan qurtuluş vasitəsi kimi tanıtdırılır.
◘İnsan həm daxili düşməni olan nəfs istəkləri ilə mübarizədə, həm də xarici
düşmənlərə qarşı müqavimətdə bütün gücünü işə salmalıdır.
4