Nur təFSİRİ


"Rəhman və Rəhim Allahın adı ilə"



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə44/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   40   41   42   43   44   45   46   47   ...   317
NUR-TƏFSİRİ-12

 
"Rəhman və Rəhim Allahın adı ilə"
 
Ayə 1: 
 َ لِلّٱ ْاوُق تٱ َو َة دِعْلٱ ْاوُصْحَأ َو نِهِت دِعِل نُهوُقِ لَطَف َءاَسِ نلٱ ُمُتْق لَط اَذِإ ُّيِب نلٱ اَهُّیَأ آَی﴿
َلً ْمُك بَر 
 ِحاَفِب َنیِتْأََی نَأ لَِإ َنْجُرْخَی َلً َو نِهِتوُیُب نِم نُهوُج ِرْخُت
 َو ِ لِلّٱ ُدوُدُح َكْلِت َو ٍةَنِ یَبُّم ٍةَش
 نَم
﴾اارْمَأ َكِلَذ َدْعَب ُثِدْحُی َ لِلّٱ لَعَل ي ِرْدَت َلً ُهَسْفَن َمَلَظ ْدَقَف ِ لِلّٱ َدوُدُح دَعَتَی
 
“Ey peyğəmbər! Qadınlarnızı boşamaq istədiyiniz vaxt onları iddə zamanı 
(ayıbaşından pak olduqdan sonra) boşayın. İddə vaxtını hesablayın və Rəbbiniz olan 
Allahdan qorxun. (İddə dövründə) Nə siz onları evdən çıxarın, nə də onlar özləri 
çıxsınlar. Yalnız aşkar çirkin işə yol versələr (evdən çıxara bilərsiniz). Bu göstərişlər 
Allahın hədləridir və hər kəs Allahın hədlərini pozsa, özünə sitəm etmişdir. Sən 
bilmirsən, olsun ki, Allah bundan sonra yeni bir əmr versin.” 
 
Nöqtələr 
 
◘”Əhsu” sözü saymaq mənasını bildirən “ihsa” sözündəndir. “Hisy” dedikdə çınqıl 
nəzərdə tutulur. Çünki qədim vaxtlar çınqıl daşlar vasitəsi ilə hesab aparılardı.
1
◘”Bi fahişətin mubəyyənə” ifadəsi zina və ya ev əhlinə əziyyət mənasını bildirir. Bu 
qəbul çirkin işlərə yol verən zövcəni evdən çıxarmaq olar.
2
◘Arvadını boşamaq qərarına gəlmiş kişi zövcəsi üç ayıbaşıdan paklanana qədər səbr 
etməlidir. Boşanmadan sonra qadın ərə gedə bilər. Bu zaman kəsiyi “iddə” adlanır. Qadın 
özü bu vaxtı hesablamalıdır. İddiə dövründə kişi qadının xərcini ödəməlidir. Həmin vaxt 
ərzində onu evdən çıxarmaq olmaz. Əlbəttə ki iddə dövründə qadın da kişinin icazəsi 
olmadan evi tərk edə bilməz. 
1
“Təfsiri-ruhul məani” 
2
“Təfsiri-nurus-səqəleyn” 


50 
◘Kişi iddə dövründə boşanma fikrindən daşınıb ailə həyatını bərpa edə bilər. Həmin 
vaxt yenidən əqd oxunmasına ehtiyac yoxdur. Olsun ki, iddə fəlsəfələrindən biri də 
ailənin dağılmasının qarşısını almaqdır. İddə qanunu tələsik boşanmağın qarşısını alır. 
◘İslam əsassız boşanmanın qarşısını almaq üçün müəyyən məhdudiyyətlər qoyur. 
Məsələn, üç boşanmadan sonra qadın kişiyə haram olur və həmin qadınla təkrar 
evlənmək olmaz. Yalnız bir hal istisnadır. Qadın başqa bir kişidə ərdə olub boşandıqdan 
sonra əvvəlki əri ilə həyat qura bilər. İmam Rizadan (ə) bu hökmün fəlsəfəsi haqqında 
soruşulduqda buyurmuşdur: “Bu kökm verilib ki, insanlar boşanmanı yüngül və sadə 
düşünməsinlər.”
1
◘Quranda buyurulur ki, zövcələrinizlə yaxşı davranın, boşanma zamanı onlarla yaxşı 
rəftar edin. Əgər kişi boşamaq istədiyi qadınla pis davranarsa şəri hakim qadının 
müdafiəsinə qalxır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin