51
İslamda qadın və kişilərə tövsiyə olunur ki, naməhrəmə ləzzət məqsədi ilə
baxmaqdan çəkinsinlər. Cəmiyyətdə qadınların örtünməsi, diqqəti cəlb etməməsi dini
vəzifələrdəndir. İmam Sadiq (ə) buyurur: “Olsun ki qısa bir baxış uzun müddətli həsrət və
peşimançılıqla müşayiət olunsun.”
1
Rəvayətdə bildirilir ki, həzrət Davudun dövründə bir kişi bir qadına təcavüz etdi.
Allah qadına ilham etdi ki, kişiyə belə desin: “Nə vaxt bir qadına təcavüz etsən başqa bir
kişi də sənin arvadına təcavüz edəcək.” Həmin kişi evə qayıtdıqda arvadını başqa bir kişi
ilə gördü. Kişini tutub həzrət Davudun yanına gətirdi və şikayət etdi. Allah-taala həzrət
Davuda vəhy etdi ki, həmin şəxsə öz əməli ilə qarşılaşdığını bildirsin.
2
3. Qadın və kişinin bir-birinin ehtiyaclarına diqqətsizliyi
Həzrət Peyğəmbər (s) buyurur: “Ərin öz arvadının yanında əyləşməsi Allah üçün
onun məsciddə etikafından əzizdir.”
3
İmam Sadiq (ə) buyurur: “Qadının özünə baxmaması, ailə həyatını şirinləşdirən
gözəlliyə diqqətsizliyi yaxşı iş deyil.”
4
Həsən ibn Cəhm deyir: imam Kazimi (ə) saçlarını səliqəyə salan vəziyyətdə gördüm.
İmam mənim təəccüblə baxdığımı gördü və buyurdu: kişinin səliqəsi qadının iffətini
artırır. Ərləri zahirən səliqəsiz olan kişilərin zövcələri iffətsizlik edir... Siz zövcələrinizin
səliqəsizliyini, özünə diqqətsizliyini bəyənmədiyiniz kimi, onlar da bunu bəyənmir.”
5
Dostları ilə paylaş: