Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə47/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   43   44   45   46   47   48   49   50   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Bütün xalqa ünvanlanmış ilahi göstərişlərin Peyğəmbərə (s) müraciətlə bəıyan 
olunması həm Peyğəmbərə (s) ehtiram nişanəsidir, həm də həzrətin (s) həmin 
göstərişlərin icrasına nəzarətinin zəruriliyini göstərir. 
2. Göstərişin mühümlüyünü bildirmək, ətrafdakıları da uyğun yönə təşviq etmək 
üçün toplumdakı birinci şəxsə müraciət edin. 
3. İzdivac (evlənmə) əqdi üçün xüsusi vaxt təyin olunmayıb. Amma boşanma yalnız 
iddə başladıqdan sonra mümkündür. Yəni boşanma vaxtı qadın ayıbaşı halında olmamalı, 
son ayıbaşıdan sonra əri onunla yaxınlıq etməməlidir. 
4. Boşanma kişinin ixtiyarındadır. 
5. Ailə nizamını qorumaq üçün boşanmanı yubadacaq şərtlər qoyulmuşdur. 
6. İlahi hökmlər üçün nəzərdə tutulmuş zaman bölgüsünə diqqətlə əməl edək. 
7. Boşanma prosesində günaha yol vermək olmaz. 
8. Boşanma zamanı, xüsusi ilə iddə vaxtı ər və arvad təqva şərtlərinə riayət etsin. 
9. İlahi rübubiyyətə (müdiriyyətə) münasibətdə qorxu və təqvaya ehtiyac var. 
10. Boşanmış qadının iddə müddəti qurtaranadək ərinin mənzilində yaşamaq haqqı 
var. 
11. Boşanma zamanı qadın təhqir olunmamalıdır. 
12. Minnət qoyulmasına və minnətli olmağa yol verməyin. Ərin minnət qoymaması 
üçün Allah-taala “qadın öz evində məskundur” buyurur. 
13. Qadınlar boşanmanı son nöqtə bilməsinlər. Onlar əvvəlki mənzillərində qalaraq 
ailə həyatının bərpa olunacağına ümidvar olsunlar. 


53 
14. Barışıq yollarını bağlamaq, geriyə körpüləri uçurmaq insanın özünə zülmüdür. 
15. Həyasını itirmiş, ehtiramı pozmuş günahkar təhqirə layiqdir. 
16. Qanundan sui-istifadə qadağandır. (Qadın ər evində sükunət haqqından istifadə 
edib intiqam məqsədi ilə günaha yol verməməlidir) 
17. Qadın yalnız günaha yol verdikdə evdən çıxarıla bilər. Qadına münasibətdə sui-
zənn onu evdən çıxarmaq üçün bəs etmir. 
18. Ər boşadığı qadını evində saxladığı üçün ona minnət qoymamalıdır. Çünki bu 
Allahın hökmüdür. 
19. Boşanmış qadınlar ər evində qaldıqları üçün narahat olmamalıdırlar. Bu 
məhdudiyyət hikmət sahibi olan Allah tərəfindən təyin edilmişdir. 
20. Allahın əmrlərinə biganəlik, ilahi hədlərin pozulması insanın özünə zülmüdür. 
21. Biz öz məlumatlarımız əsasında qərara gəlirik. Amma gələcəkdən xəbərsiz 
olduğumuz üçün Allaha təvəkkül edib ümidimizi itirməməliyik. 
22. İslamda ümidsizlik qadağandır. Müsəlman şəxs öz gələcəyinə ümidvar olmalıdır. 
(Boşanma zamanı narahatçılıq keçirən tərəflərə təsəlli vermək lazımdır) 
23. Acı hadisələri öz xeyirimizə qəbul edək. 
24. Təqva və ilahi hədlərə diqqətli olaq, gələcəyimizi Allaha tapşıraq. 
25. Yalnız hazırkı vəziyyətdə ilahi lütfdən bəhrələndiyimizi düşünməyək. Ola bilsin 
ki, boşanmadan sonra insanın durumu daha da yaxşılaşa. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin