54
◘Quran-kərimdə “məruf” (yaxşılıq) sözü 38 dəfə işlədilmişdir. Bunun 15-i ailə
həyatına aiddir. Bəli, ailədə ərlə arvadın münasibətləri xoş olmalıdır.
◘Boşanmaya iki ədalətli şəxsin şahidliyi faydalı şərtdir. Əgər iddə dövründə kişi
dünyasını dəyişsə qadın irs tələb edə bilməz. Qadın iddə müddəti başa çatdıqdan sonra
ərə getmək ixtiyarına malikdir. Ədalətli şahidlər hörmətlə qarşılandıqlarından təbii ki,
barışığa çalışırlar.
◘Həzrət Peyğəmbər (s) buyurur: “Mən elə bir ayə tanıyıram ki, insanlar ona əməl
etsələr bütün problemləri həll olar.” Sonra həzrət (s) hazırkı ayəni oxumuşdur.
1
◘Rəvayətdə oxuyuruq ki, 3-cü ayə nazil olan vaxt Peyğəmbərin (s) yaxınlarından bir
qrupu işini yerə qoyub Allahdan ruzi gözləməyə başladılar. Peyğəmbər (s) onları
məzəmmət edib buyurdu: “İşi boşlayan insanın duası qəbul olmaz.”
2
◘Quranda Allahın mehr-məhəbbətinin də, qəzəbinin də gözlənilməyən yerdən
gəldiyi bildirilir.
3
◘Təqva təkcə axirətdə təsirli deyil. İmam Sadiq (ə) buyurur ki, təqvalılar üçün dünya
həyatında açılış var.
4
Dostları ilə paylaş: