Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə5/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   2   3   4   5   6   7   8   9   ...   317
NUR-TƏFSİRİ-12

Müəllifdən 
Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə 
mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və 
“Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bəzi nöqtələr mətnlərə əlavə edildi. 
Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı 
əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər 
dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət 
olmasın. 
Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim 
qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm! 
Sözsüz ki, Quran nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda 
torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Quranın nurani ayələri sayəsində bizim də 
yazılarımız nura çevrilsin. Amin! 
Möhsün Qəraəti
 



 
Rəhman və Rəhim Allahın adı ilə 
 
"CUMUƏ" SURƏSİ
 
 
(62-Cİ SURƏ; 11 AYƏ) 
 
İYİRİMİ SƏKKİZİNCİ CÜZ 
 
"CUMUƏ" SURƏSİNİN SİMASI 
 
Mədinədə nazil olmuş bu surə 11 ayədən ibarətdir. 
Surədə izlənilən əsas məqsəd müsəlmanları həftəlik cümə namazında yekdilliklə 
iştiraka təşviq etməkdir. 
Surə Allaha təsbih, İslam peyğəmbərinin (s) besətinin bəyanı ilə başlayır. Növbəti 
ayələrdə müsəlmanlardan istənilir ki, Tövrata əməl etməyən yəhudilər kimi olmasınlar. 
Cümə namazına çağırışı eşitdikləri vaxt onlardan bütün işlərdən əl çəkmək, Allah zikrinə 
tələsmək tələb edilir. Bu tələblərə əməl etməyənlər məzəmmətə layiqdir. 
Cümə axşamları və cümə namazının birinci rəkətində bu surəni oxumaq tövsiyə 
olunur.

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin