“İmkanlı şəxs imkanına uyğun verməlidir. Ruzisi az olan kəs Allahın ona verdiyindən infaq etməlidir. Allah insana yalnız verdiyi imkan həddində vəzifə təyin edir. Allah tezliklə çətinlikdən sonra asanlıq yaradar.” Nöqtələr ◘İnsanın gücü həddində zövcəsinin xərcini ödəməsi həm iddə dövrünə, həm
boşanma vaxtı süd verilən dövrə, həm də başqa dövrlərə aiddir.
◘Quranda “usr” sözü 12 dəfə, “yusr” sözü 6 dəfə işlədilmişdir. Sanki hər çətinlik
üçün üç açılış nəzərdə tutulur.
Bildirişlər 1. Dolanışıq ehtiyaclarının təminində meyar ər və ya arvadın baxışları yox, kişinin
maddi imkanlarıdır.
2. Gələcək ehtiyaclardan qorxaraq bu gün sıxıntı yaratmayın.
3. Boşanma halında da alicənablığınızı saxlayın.
4. Qadının ehtiyaclarının ödənməsində kişinin onu sevib-sevməməsinin əhəmiyyəti
yoxdur. Hətta boşanmış qadının xərclərini müəyyən müddət ödəmək vacibdir.
5. İnfaq edən şəxs ixtiyarında olanların Allaha məxsus olduğunu unutmamalıdır.
6. Hər kəs imkanı həddində infaq etsin.
İçmək olmasa da dəryanın suyun, Hər kəs yatırmalı öz susuzluğun. 7. Yoxsullar özlərini varlılarla müqayisə edərkən Allahın onlar verdiyi nemətləri
unutmamalıdırlar.
8. İnsan gücü həddində məsuldur. İslam dini reallığı nəzərə alır və gücdən artıq
vəzifə təyin emir.
9. Çıxış yolu axtararkən tələsməyin.
10. Boşanma və ya yoxsulluq şəraitində gələcəyə ümidinizi itirməyin.
Ayə 8: َف ِهِلُسُر َو اَهِ بَر ِرْمَأ ْنَع ْتَتَع ٍةَی ْرَق نِ م نِ یَأََك َو﴿ َهاَنْب ذَع َو اادیِدَش ااباَس ِح اَهاَنْبَساَح ا ﴾ا ارْكُّن ااباَذَع “Rəbbinin və Onun peyğəmbərinin əmrindən boyun qaçıran məntəqə nə çox! Biz onlarla çətin hesab apardıq, onları görünməmiş əzabla cəzalandırdıq.”