Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə6/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   2   3   4   5   6   7   8   9   ...   317
NUR-TƏFSİRİ-12

 
رلا ِللهٱ ِمْسِب
 ِنمْح
 
رلٱ
 ِمی ِح
 
"Rəhman və Rəhim Allahın adı ilə"
 
 
Ayə 1: 
ِبَسُی﴿
﴾ ِمیِكَحْلٱ ِزی ِزَعْلٱ ِسوُّدُقْلٱ ِكِلَمْلٱ ِض ْرَ ْلْٱ يِف اَم َو ِتا َواَم سلٱ يِف اَم ِ ِلِلّ ُح
 
“Göylərdə və yerdə olanlar malik, müqəddəs, yenilməz və hikmət sahibi olan 
Allaha təsbih deyirlər.” 
 
Nöqtələr 
 

Ötən surə “Səbbih”, bu surə isə “yusəbbihun” təbiri ilə başlayır. Bu yolla bildirilir 
ki, təsbih yalnız həmişə olmuş, hazırda olan və həmişə olacaq Allaha məxsusdur. 
◘Olsun ki, bu ayədə dörd ilahi sifət növbəti ayəyə müqəddimə üçün təkrarlanır. 
Bildirilir ki, Allah sizin pərəstişinizə möhtac olduğu üçün peyğəmbər göndərməyib. O 
pak və qüdrətli hakimdir, peyğəmbərləri hikmət əsasında göndərmişdir. Peyğəmbərin 
gəlişində məqsəd paklanma, özünü tərbiyə, təlim, dini elmlərə yiyələnmək və hikmət 
vasitəsi ilə zülmətlərdən nura çıxarmaqdır.
◘Allahın təsbihi, yəni pak sayılması bütün İslami əqidə və düşüncələrin köküdür: 
tövhid Allaha təsbih və Onu şəriksiz tanımağa əsaslanır
1
(Qeyd); ədalət Allahın zülmdən 
pak sayılmasına əsaslanır
2
(Qeyd); peyğəmbərlik və imamət də Allahın təsbihindən 
qaynaqlanır. Yəni Allah bəşəriyyəti rəhbərsiz qoymaq kimi sifətdən pakdır. Allahın vəhy 
1
“Tur”, 42 
2
“Qələm”, 29 


10 
və peyğəmbər göndərmədiyini iddia edənlər əslində onu düzgün tanımamışlar
1
(Qeyd); 
məad (ölümdən sonrakı həyat) Allahın mənasız işlər görməməsi prinsipinə əsaslanır.
2
(Qeyd) 
Bəli, əgər insan Allahı eyb və nöqsandan pak bilsə, Ona aşiq və bəndə olar. 
Nöqsansız varlıq qarşısında insanın öz günahlarına görə qorxması, ona təvəkkül etməsi, 
fərdi və ictimai rabitələrdə Onun razılığını nəzərə alması tam təbiidir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin