Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə62/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   58   59   60   61   62   63   64   65   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. İmanlı olmaq bəs etmir. İmanı təhlükələrdən qorumaq lazımdır. 
2. İslahatda ilk addım insanın özünü və yaxınlarını islah etməsidir. Yalnız bundan 
sonra cəmiyyətin islahına başlamaq olar. Bu ayədə insanın özünün və yaxınlarının islahı 
əvvəldə, kafirlər və münafiqlərlə cihad vasitəsi ilə cəmiyyətin islahı sonda gəlir. 
3. Təqva və islahatda məad və cəhənnəmə imanın mühüm rolu var. 
4. Övladların dini tərbiyəsi ailədə müdirin öhdəsinədir. 
5. İnsanın nəfsi azğındır. Onun nəzarətə ehtiyacı var.
6. İnsanı hamıdan əvvəl özü qorumalıdır. 
7. Zəncirləri ayağımızdan açmamış başqalarını azad edə bilmərik. Ailə və 
cəmiyyətin tərbiyəsində müvəffəqiyyət üçün əsas şərt insanın özünü tərbiyə etməsidir. 
8. Ailə və yaxınları boşlamağın cəzası cəhənnəmə çır-çırpı olmaqdır. 
9. Qəlbi daş olanlar həmin gün daşlar cərgəsində dayanar.
9
10. Müdiriyyətdə hər işə məsuliyyət daşıyan kəs həmin işə münasib olmalıdır. 
Cəhənnəmin məsulu sərt xasiyyətli olmasa ya özü əziyyət çəkər, ya da tapşırığı düzgün 
yerinə yetirməz. 
11. Cəhənnəm əhlini cəzalandıran mələklər səhlənkarlığa yol vermir. 
12. Mələklər həm keçmiş, həm də gələcək əmrləri mütiliklə yerinə yetirir. 
Ayə 7: 
﴾ َنوُلَمْعَت ْمُتنُك اَم َن ْو َزْجُت اَم نِإ َم ْوَیْلٱ ْاوُرِذَتْعَت َلً ْاوُرَفَك َنیِذ لٱ اَهُّیَأ آَی﴿
 
1
“Tur”, 26 
2
“Məryəm”, 55 
3
“Təfsiri-Məraği” 
4
“Bihar”, c. 85, s. 134 
5
“Muddəssir”, 30 
6
“Haqqə”, 30, 31; “Duxan”, 47, 48 
7
“Saffat”, 164 
8
“Bəqərə”, 201 
9
“Bəqərə”, 74 


68 
“(Qiyamətdə kafirlərə xitab olunar) Ey küfr edənlər! Bu gün üzr istəməyin. 
Sizə verilən cəza yalnız öz əməllərinizə görədir.” 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin