Nur təFSİRİ


Fironun zövcəsinin xarakteri



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə68/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   64   65   66   67   68   69   70   71   ...   317
NUR-TƏFSİRİ-12

Fironun zövcəsinin xarakteri 
 
1. Bu qadını mühit və cəmiyyət öz təsiri altına sala bilməmişdir. O məntiqi əsaslarla 
azğın rejimjə qarşı dayanmışdı. 
2. O bər-bəzəyə aldanmamışdı, dünya zinətlərinə arxa çevirmişdi, saray həyatı və 
rifaha boyun əyməmişdi. 
3. Bu qadın hamının səsi boğulan bir vaxt səsini çıxardı. 
4. O səbirli idi, işgəncələrə dözürdü. Asiya şəhid oldu amma əqidə məktəbindən əl 
çəkmədi. 
5. Asiya öz dövrünün məsum rəhbərini himayə etdi. 
6. O çalışqan idi, behişt və Allaha yaxınlıq məqamından aşağısını istəmirdi. 
7. Fironun hədələrinə boyun əymədi. 
8. Allahın razılığını xalqın razılığından üstün tutdu. 
9. Ağıl və vəhy məntiqini ailə bağlılığından önəmli saydı. 
10. O pisliklə mübarizəyə qalxıb Musanı körpə vaxtı ölümdən xilas etdi.
4
◘Fironun zövcəsi sübuta yetirdi ki, tarix boyu səslənmiş şüarların sonu yanlışdır və 
onları dəyişmək lazımdır. Məsəl çəkilirdi ki, bədnamlıq istəməsən, xalqın rəngin götür 
sən. Amma Asiya “nə xalqın rəngin götürəcəyəm, nə də rüsvay olacağam. Deyirdilər ki, 
tək əldən səs çıxmaz. Asiya sübut etdi ki, bir nəfər də qiyam qaldıra bilər deyirdilər ki, 
qadın zəif məxluqdur. Asiya sübut etdi ki, qadın da yol seçimində azaddır. Misal çəkilirdi 
ki, yumruqla qılıncın qabağını almaq olmaz. Asiya sübut etdi ki, haqq əbədidir, yumruq 
polad qarşısında dayana bilməsə də xalqın düşüncəsinə təsirlidir. Deyirdilər ki, bir 
çiçəklə bahar olmaz. Asiya sübuta yetirdi ki, Allah istəsə bir çiçəklə də bahar olar. 
1
“Təfsiri-məcməül-bəyan” 
2
“Məryəm”, 41 
3
“Məryəm”, 16 
4
“Qəsəs”, 9 


73 
Deyirlər ki, kimin duzunu yesən ona qulsan. Fironun zövcəsi Fironun duz çörəyini dadsa 
da, onun əqidəsinə tabe olmadı. 
Quranda zikr olunan ailə nümunələri 
 
1. Eyni yolu tutmuş müsəlman ər və arvad. (Həzrət Əli (ə) və xanım Fatimə (s.ə.))
1
2. Pislikdə əl-ələ vermiş ərlə arvad. (Əbu-Ləhəb və zövcəsi) 
3. Elə bir ailə ki, ər doğru yoldadır, qadın azğın. (Lut və Nuhun zövcələri)
2
4. Elə bir ailə ki, kişi pisdir, qadın yaxşı. (Fironun zövcəsi) 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin