Nur təFSİRİ


Təsbihin (Allahın pak sayılmasının) əhəmiyyət və yeri



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə7/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   2   3   4   5   6   7   8   9   10   ...   317
NUR-TƏFSİRİ-12

Təsbihin (Allahın pak sayılmasının) əhəmiyyət və yeri 
 
◘Quranda səkkiz dəfə təvəkkül, iki dəfə səcdə, səkkiz dəfə istiğfar, beş dəfə ibadət, 
beş dəfə zikr, iki dəfə təkbir, on altı dəfə isə təsbih əmri bəyan olunmuşdur. 
◘İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) rəvayət edir ki, o buyurmuşdur: “Əgər bir 
bəndə “Subhənallah” söyləsə, ərş altında nə varsa ona qoşular və bu təsbihi deyənə on qat 
artıq mükafat verilər. Bəndə “Əlhəmdulillah” söyləyəndə Allah dünya nemətlərini ona 
ruzi edir, Allahla görüşdən sonra isə həmin şəxs axirət nemətlərindən faydalanır.”
3
(Qeyd) 
◘Allaha təsbih bir növ Ona təşəkkürdür. Quranda buyurulur ki, qələbə əldə etdiyiniz 
vaxt Allaha təsbih söyləyin.
4
(Qeyd) 
◘Allaha söylənilən təsbih məclislərdə deyilən və eşidilən sözlərin kəffarəsidir. 
Hədisdə oxuyuruq ki, həzrət Peyğəmbər (s) məclisdən qalxanda “Subhənəkəllahummə və 
bihəmdik” söyləyər və buyurarmış: “Bu sözlər məclisin kəffarəsidir.” 
◘Təsbih qurtuluş vasitəsidir. Qurani-kərim həzrət Yunis haqqında buyurur ki, əgər o 
təsbih deyən kəs olmasaydı həmişə balığın qarnında qalardı.
5
(Qeyd) 
◘Başqa bir hədisdə buyurulur ki, insan “Subhənallah” söylədiyi vaxt bütün mələklər 
onu salamlayır.
6
(Qeyd) 
◘Mübarək ramazan ayının sübhləri bütün cümlələri “Subhənallah” ifadəsi ilə 
başlayan dualar oxumaq tövsiyə edilir. 
◘Hədisdə oxuyuruq: Bir şəxs imam Sadiqin (ə) görüşünə gəlib onu namaz halında 
gördü. İmam altımış dəfə “Subhənallah” zikrini təkrarladı. Başqa rəvayətdə bildirilir ki, 
imam Sadiq (ə) səcdə halında beş yüz dəfə “Subhanəllah” söyləyərmiş.
7
(Qeyd) 
Mövcudların təsbihi 
 
İlahi dünya görüşündə pərəstiş və ibadət təkcə insana aid edilmir. Bildirilir ki, bütün 
mövcudlar Allaha pərəstiş halındadır. 
◘Bir şəxs İslam peyğəmbərindən möcüzə istədi. Həzrət yerdən bir ovuc qum 
götürdü. Peyğəmbərin (s) istəyi və Allahın izni ilə ovucundakı qumların təsbihi ucaldı.
8
(Qeyd) 
1
“Ənam”, 91 
2
“Ali-İmran”, 191; “Muminun”, 115 
3
“Təfsiri-əl mizan”, c. 10, s. 30 
4
“Fəth”, 1-3 
5
“Saffat”, 143 
6
“Bihar”, c. 93, s. 177 
7
“Vafi”, c. 4, s. 157 
8
“Təfsiri-əl mizan”, c. 13, s. 96 


11 
◘Əziz Peyğəmbər (s) buyurur: “Bir çox miniklər öz sahibindən üstündür. Çünki 
onların çoxu Allahı zikr edir.”
1
(Qeyd) 
Peyğəmbər (s) heyvanların üzünə vurmağı qadağan etmişdi. Həzrət buyururdu ki, 
heyvanlar təsbih deyir.
2
(Qeyd) 
◘Mövcudların təsbihi ilə bağlı bir neçə nöqtəni qeyd etmək yaxşı olar: 
a) Qurani-kərimdə bildirilir ki, mövcudlar bilərəkdən, agahlıqla təsbih deyirlər.
3
(Qeyd) 
b) Bir növ o biri növün təsbihini dərk edə bilməz.
4
(Qeyd) 
Quşlar hər sübh Allaha təsbih deyir, həmin gün üçün Allahdan güc istəyirlər.
5
(Qeyd) 
Şeyx Nizami bu barədə yazır: 
Xəbərin varmı ki ulduzlar niyə 
Həvəsi düşmüşdür ayrı çevrəyə? 
Məqsədləri nədir, gedirlər hara
Kimdir yol göstərən bu səyyahlara? 
 
Bu mehrabda məbudları kim ola? 
Səbəb nədir hərə düşüb bir hala? 
Hər biri pərgar tək dolanır heyran, 
Zikrləri yalnız o bir yaradan. 
 
Hafiz Şirazi buyurur: 
Nəzər sahibləri nuruna heyran, 
Görən olsa cilvən aydındır tamam. 
 
“Mənzumə” müəllifi Səbzvari deyir: 
Yenə də ağacdan ucalır haq səs, 
Musa yoxdur deyə duyulmur nəfəs. 
 
Mövləvi deyir:
Aləmdə zərrələr bir hal diliylə 
Səninlə danışır gözü, əliylə. 
Deyirlər görürük eşidirik biz, 
Amma naməhrəmə çatmaz səsimiz. 
 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin