75
“MULK” SURƏSİ
(67-Cİ SURƏ; 30 AYƏ)
İYİRMİ DOQQUZUNCU CÜZ
“MULK” SURƏSİNİN SİMASI
“Mulk” surəsi 29-cu cuzün başlanğıc surəsidir. Məkkə surələrindən olan bu surə 30
ayədən ibarətdir. Onun digər bir adı “Təbarəkdir”. Həm “Mulk”, həm də “Təbarək”
sözləri surənin 1-ci ayəsindən götürülmüşdür. “Mulk” dedikdə hakimiyyət, “Təbarək”
dedikdə bərəkətli mənaları başa düşülür.
Surənin məzmunu prinsipcə 3 hissədən ibarətdir:
1. Yaranış qaynağı, Allahın sifətləri, varlıq aləminin heyrətamiz nizamı, varlıq
aləminin yaranışı, insan və onun tanışlıq vastələri haqqında ayələr;
2. Məad, cəhənnəm əzabı, cəhənnəm əhlinin qiyamətdə söhbəti haqqında ayələr;
3. Kafirlərin və zalımların dünya və axirət əzabı ilə hədələnməsi.
Bu surə Quranın ən fəzilətli surələrindədir. Rəvayətlərdə bu surənin qiraəti ilə bağlı
həzrət Peyğəmbər (s) və məsum imamların dilindən bəyanatlar nəql olunur. Həzrət
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə oxuyuruq: “Təbarək” surəsini oxuyan kəs qədr
gecəsini oyaq qalmış kimidir.” Digər bir rəvayətdə buyurulur: “Təbarək surəsinin bütün
möminlərin qəlbində həkk olunmasını istərdim.”
1
رلا ِللهٱ ِمْسِب
ِنمْح
Dostları ilə paylaş: