Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə79/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   75   76   77   78   79   80   81   82   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 20, 21: 
 يِف لًِإ َنوُرِفاَكْلٱ ِنِإ ِنَمْح رلٱ ِنوُد نِ م مُكُرُصنَی ْمُك ل ٌدنُج َوُه يِذ لٱ اَذَه ْن مَأ﴿
 ٍ وُتُع يِف ْاوُّج ل لَب ُهَق ْز ِر َكَسْمَأ ْنِإ ْمُكُقُز ْرَی يِذ لٱ اَذَه ْن مَأ﴿﴾ ٍروُرُغ
﴾ ٍروُفُن َو
 
“Axı kimdir sizin qoşununuz ki, sizə Rəhman Allahın (qəzəbi) qarşısında 
yardım edələr?! Kafirlər yalnız aldanmışlardır. Kimdir o şəxs ki, Allah ruzisini 
kəsən zaman sizə ruzi versin?! Onlar azğınlıq və (həqiqətdən) qaçmaqla inadkarlıq 
göstərirlər.” 
 
Nöqtələr 
 
◘Ötən ayələrdə yerdə və göydə ilahi qüdrətdən danışldı. Allah yerə kafirləri udmaq 
əmri verə bilər. Quşları havada saxlayan Allahdır. Bu ayədə isə bəşəriyyətin 
gücsüzlüyünə işarə olunur. Axı insan hansı qoşununa, hansı himayəyə güvənib Allah 
qarşısında inadkarlıq göstərir?! Belə görünür ki, müşriklər bütləri özləri üçün arxa 
sayırmışlar. 
◘”Ğərur” dedikdə aldadan, “ğurur” dedikdə aldanış mənası başa düşülür. 
◘Müxtəlif qürur vasitələri var. Qürur amili şeytandır. Uzun-uzadı arzular, insanı 
yuxuya verən vədlər qürur səbəbidir.
1
◘Bu iki ayədə insanın bədbəxtlik amillərinə işarə olunur: qürur, inadkarlıq, azğınlıq, 
haqdan yayınmaq. “Utuvv” dedikdə təkəbbür və həddi aşmaq, “nufur” dedikdə nifrəti 
izhar etmək, haqdan qaçmaq mənaları nəzərdə tutulur. 
1
“Loğman”, 33 


83 
◘İnadkarlıq azğınlıq və tüğyan zəminidir. Azğınlıq isə haqqa qarşı nifrət və ondan 
uzaqlaşmaq istəyinə səbəb olur. 
◘Ruzi verən yalnız Allahdır. Dünyada da, bərzəxdə də, axirətdə də ruzi onun 
əlindədir.
1
Bildirişlər 
 
1. Lovğa insana onun zəifliklərini xatırlatmaq lazımdır. 
2. Qürur vasitələrindən biri də qoşuna, döyüşçülərə malik olmaqdır. 
3. Kafirlər puç güclərinə arxalanmaqla qürrələnir, eyni zamanda aldanırdılar. 
4. Allah ruzi verməyə borclu deyil. O öz ruzisini kəsə də bilər. 
5. İlahi nemətlərə diqqət yollarından biri də nemətlərin geri alınmasını mümkün 
saymaqdır. “Mulk” surəsinin 33-cü ayəsində oxuyuruq ki, əgər sular yerin təkinə 
çəkilsəydi onu əldə etmək olmazdı. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin