Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə80/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   76   77   78   79   80   81   82   83   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 22, 23, 24: 
 ًّیِوَس يِشْمَی ن مَأ ىَدْهَأ ِهِهْج َو ىَلَع اًّبِكُم يِشْمَی نَمَفَأ﴿
 ْلُق﴿﴾ ٍمیِقَتْسُّم ٍطا َر ِص ىَلَع ا
َوُه 
يِذ لٱ َوُه ْلُق﴿﴾َنوُرُكْشَت ا م الایِلَق َةَدِئْفَ ْلْٱ َو َراَصْبَ ْلْٱ َو َعْم سلٱ ُمُكَل َلَعَج َو ْمُكَأََشنَأ يِذ لٱ
 
 ْمُكَأَرَذ
﴾ َنوُرَشْحُت ِهْیَلِإ َو ِض ْرَ ْلْٱ يِف
 
“Kim doğru yoldadır, üzü üstə sürünən yoxsa ayaq üstə doğru yolu gedən? De 
ki, Odur sizi yaradan, sizə qulaq, göz, qəlb verən. Amma siz azca da olsa şükr 
etmirsiniz. De ki, Odur sizi yerdə yaradan və ona doğru gətirilərsiniz.” 
 
Nöqtələr 
 
◘”Mukibb” dedikdə üzü üstə yıxılmış şəxs, “inşa” dedikdə yaradıcılıqla ərsəyə 
gətirmək, “zərə” dedikdə yaratmaq, nəsil artırmaq mənaları başa düşülür. 
◘Bu ayədə kafirlər üzü üstə sürünənlərə oxşadılır. Onlar yıxılıb duraraq yol getmək 
istəyənlərdir. Möminlər isə düz qamətlə hərəkət edənlərə bənzədilir. 
◘”Səm” məsdərdir, həm tək, həm də cəm mənalara şamil edilir. “Əbsar” və “əfidə” 
sözlərindən fərqli olaraq onu cəm formada işlətməyə lüzum yoxdur. 
◘Üzü üstə yerə yıxılanın görmək imkanı yoxdur. O çətinliklə hərəkət edir və 
qarşıdakı maneələri görmür. Onun üz-gözü yaralanmışdır, zəlil olmuş bir vəziyyətdədir. 
Hamı gedir, axırda o tənha qalır. Ayaq üstə hərəkət edən isə sürətlə yeriyə bilir, qarşıdakı 
maneələri görüb araşdırır. Bu səbəbdən də mənzilə sağ-salamat çatır. 
◘İmam Baqir (ə) buyurur: “Qəlb dörd cür olur. Müşriklərin qəlbi dağınıq qəlbdir.” 
Sonra imam hazırkı ayəni oxuyur.
2
◘İnsan Allahı tanımaq üçün öncə özünü tanımalıdır. Həzrət Əli (ə) buyurur: “Qulaq 
sümüklə eşidir, göz bəbəklə görür.” 
◘Allah qarşısında şükrümüz az olsa da Allah verdiyi nemətləri geri almır. Rəcəb 
ayının duasında oxuyuruq: “Ey az əməl və şükr müqabilində çox əta edən Allah!” 
Bildirişlər 
1
“Rum”, 40; “Ali-İmran”, 169; “Ğafir”, 40 
2
“Kafi”, c. 2, s. 423 


84 
 
1. İnadkar, haqdan qaçan fərdlər bir növ məsx olmuşdur və yerimək əvəzinə sürünür. 
2. İslamın yolu düz və hamardır, eyni zamanda sonu aydındır. İslam ümməti bu yolla 
getsə qaməti düz, başı uca olar. 
3. İnsanın yaranış prosesi çox mühüm mövzudur. Belə ki, Peyğəmbərə (s) yaranışla 
bağlı açıqlamalar vermək əmr olunur. 
4. Allah haradansa nümunə götürməmiş, yaradıcılıqla xəlq etmişdir. 
5. Allah insana müxtəlif hiss üzvləri vermiş, onun ətrafı tanıması üçün şərait 
yaratmışdır. Bu yolla ona edilən xəbərdarlıq başa çatdırılır. (Adi insanlar yalnız eşidib 
görməklə ibrət götürür, üstün insanlar isə qəlb vasitəsi ilə dərk edir.) 
6. Allaha təkcə dillə şükr olunmur. Əsil şükr nemətlərdən düzgün istifadə 
edilməsidir. 
7. Sizi öncə yer üzündə və torpaqdan yaratmış Allah yenidən dirildə bilər. 
8. Allah-taala dünya həyatında insanları yer üzünə yayır, qiyamətdə onları bir yerə 
toplayır. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin