Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə81/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   77   78   79   80   81   82   83   84   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 25, 26: 
 َوْلٱ ْاَذَه ىَتَم َنوُلوُقَی َو﴿
 َن اَنَأ آَم نِإ َو ِ لِلّٱ َدنِع ُمْلِعْلٱ اَم نِإ ْلُق﴿﴾َنیِقِداَص ْمُتنُك نِإ ُدْع
ٌریِذ
﴾ٌنیِبُّم
 
“(Kafirlər istehza ilə) Deyirlər: “Əgər doğru deyirsinizsə, qiyamət vədi nə 
vaxtadır?” Onlara de ki, (qiyamət haqqında) elm yalnız Allaha məxsusdur, mən 
sadəcə aşkar qorxudanam.” 
 
Nöqtələr 
 
◘Quranda “məta hazəl vəd” cümləsi müxaliflərin dilindən 6 dəfə işlədilmişdir. 
Peyğəmbər (s) onlara cavab verir ki, bu barədə elm yalnız Allaha məxsusdur. 
◘Qeyb elmi iki növdür: Allahın öz seçilmiş bəndələrinə əta etdiyi qeyb elmi və 
yalnız özünə məxsus olan qeyb elmi.
1
Təkcə Allaha məxsus olan qeyb elmindən 
peyğəmbərlər də xəbərsizdir. Qiyamətin vaxtı yalnız Allaha məlum olan biliklərdəndir. 
Duada oxuyuruq ki, yalnız özün üçün saxladığın elmin haqqına and veririk... 
◘Qiyamətin vaxtının və xırdalıqlarının bilinməməsi onu inkar etmək üçün dəlil 
deyil. Qapının zəngi çalınanda kimin düyməni basdığını görmürsünüz. Amma bu o 
demək deyil ki qapı arxasında kimsə yoxdur. 
Bildirişlər 
 
1. Kafirlər bəhanə axtarırlar. (Onlar qiyamətin vaxtını soruşmaqla aradan çıxırlar) 
2. Düşmənlər yersiz suallar, təhqir və istehzalarla əqidə məktəbi və səmavi məktəbi 
alçaltmaq istəyirlər. Bu səbəbdən də Peyğəmbəri (s) yalançı adlandırırlar. 
3. Heç bir dəyəri olmayan biliklər də var. Əgər insanlar qiyamət vaxtını bilsəydilər 
həmin dövrə yaxın olanlar qorxuya düşər, uzaq olanlar qəflətdə qalardılar) 
4. Peyğəmbərin vəzifəsi qeybdən xəbər vermək yox, insanları doğru yola 
çağırmaqdır. 
1
“Hud”, 49 


85 
5. Peyğəmbərlərin buyuruqları aydın və sadədir. 
6. Qürurlu və inadkar insanlara xəbərdarlıq etmək lazımdır. Belələrini müjdə və 
təşviqlə oyatmaq çətindir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin