Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə93/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   89   90   91   92   93   94   95   96   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
1
“Mufradate-Rağib” 
2
“Muddəssir”, 42, 44 


96 
 
1. Allah-taala məxfi və fitnəkar danışıqları puça çıxarır. 
2. Pis məqsədlə yanaşı təhlükə də böyüyür. (Onlar “bir yoxsul da bağa daxil 
olmasın” söylədilər. Allah da bütün bağı yandırdı.) 
3. Bəzən hərislik və xəsislik o qədər güclü olur ki, insan bir yoxsula da əl tutmaq 
istəmir. 
4. Hərislik ruhiyyəsi, məxvi qərar, qüdrətli addımlar Allahın iradəsi qarşısında 
təsirsizdir. 
5. Acı hadisələrin faydalarından biri insanın özünə gəlməsidir. 
6. Ətrafdakıları bir şeydən məhrum etdikdə özümüz bir neçə şeydən məhrum oluruq. 
(Bağ xadimləri yoxsulları meyvədən məhrum etdi, Allah onları öz mükafatından, 
yoxsulların duasından, Ataların ruhunun razılığından, ictimai mövqedən məhrum etdi.) 
7. Azlıqda da qalsaq haqq sözü deyək. 
8. Etidal (ədalət, orta hədd) və düşüncə insanı yoxsullara əl tutmağa çağırır, hərislik 
və xəsisliyin qarşısını alır. 
9. Təbliğdə bütün fürsətlərdən istifadə edək. Dünən haqq sözü dinləmək 
istəməyənlər. Bu gün sakitcə qulaq asır. 
10. Acı hadisələrin təhlilində öz bacaraqsızlığımızı etiraf edək, Allahı pak və 
müqəddəs sayaq. 
11. Dünən yerinə yetirmədiyiniz işləri bu gün yerinə yetirin. 
12. İnsanı ilahi lütflərdən məhrum edən onun özünə zülmüdür. 
13. Əgər birlik təqva əsasında olmasa, sonda təfriqəyə çevrilər. (Öncə yoxsulları 
məhrum etmək qərarına gəlmiş həmfikir qardaşlar sonradan bir-birini danlayır, günahı 
bir-birlərinin boyununa atır.) 
14. Başqalarının haqqının ödənməməsi insanın özünə zülmü, başqalarına qarşı 
qiyamıdır. 
15. Allah qarşısında öz zəiflik və pisliyimizi imkan həddində çox etiraf edək. (Həzrət 
Əli (ə) “Kumeyl” duasında bu nöqtələrə işarə edir) 
16. Dünya malı əlinizdən çıxanda Allahın lütf və mərhəmətinə ümid bəsləyin. Allah 
əvvəlkində də üstününü sizə yetirər.
17. Sizin təminatınızda və əldən çıxanların əvəzinin ödənməsində Allah imkan 
sahibidir. Günahkarlar ümidlərini üzməsinlər, Allaha doğru qayıdış yollara açıq ikən 
özlərini məhv olmuş saymasınlar. 
18. Allaha doğru qayıdış heç vaxt gec deyil. (Bağ sahibləri bağı yanmış görüb qəflət 
yuxusundan oyandılar, tövbə qılıb Allaha doğru qayıtdılar.) 
19. Yoxsulun qəlbini sınıdırmağın dünyəvi və üxrəvi cəzası var.
20. Qiyamət cəzasına iman xəsisliyə, azğınlığa və zülmə mane olur. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin