Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə96/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   92   93   94   95   96   97   98   99   ...   317
NUR-TƏFSİRİ-12

Ayə 44, 45: 
 ِإ ْمُهَل يِلْمُأ َو﴿﴾َنوُمَلْعَی َلً ُثْیَح ْنِ م مُهُج ِرْدَتْسَنَس ِثیِدَحْلٱ اَذَهِب ُبِ ذَكُی نَم َو يِن ْرَذَف﴿
ن
﴾ٌنیِتَم يِدْیَك
 
“Bu hədisi (Quranı) təkzib edən kəsi Mənimlə tək burax. Biz onları 
bilmədikləri yolla tədricən (əzaba doğru) apararıq. Onlara möhlət verirəm. 
Həqiqətən, mənim tədbirim dəyişməzdir.” 
 
Nöqtələr 
 
◘”İstidrac” dedikdə tədricən yaxınlaşmaq mənası nəzərdə tutulur. Burada Allahın 
insanları onları hiss etmədikləri şəkildə süquta yaxınlaşdırması nəzərdə tutulur. 
◘Quranda günahkarlara möhlət verilməsindən danışan ayələr çoxdur. Ayələrdə 
xəbərdarlıq olunur ki, günahkarlar onları sevdiyimizi və ya unutduğumuzu 
düşünməsinlər. 
◘İmam Sadiq (ə) buyurur: “Günahkarın rifah və nemət içində yaşaması onun 
tədricən əzaba sürüklənməsini göstərir.”
1
Bildirişlər 
 
1. Haqqı təkzib edənlər Allaha qarşı çıxmışlar. 
2. Allah öz peyğəmbərinə təsəlli verir. 
3. Quranın təkzibi müqabilində böyük cəza nəzərdə tutulur. Allah buyurur ki, onları 
mənə tapşır. 
4. Quranda təravətli sözlər çoxdur. (Yeni söz əvəzinə hədis kəlməsindən istifadə 
olunur. 
5. Mühakimə yürütməyə tələsməyin, rifah xoşbəxtlik göstəricisi olmaya da bilər. 
(Heyvanlar çəmənlikdə otarılır, kökəldilir. Amma sonda qəssəbxanaya göndərilir.) 
6. Ən böyük təhlükə odur ki, insan qəflətdə qalıb özünə çarə qılmaq barədə 
düşünməyə. 
7. Allah cəzanı yubadar, amma yaddan çıxarmaz. 
8. Allahın möhlətləri kafirlərin məhvinə xidmət edir. 
1
“Təfsiri-məcməül-bəyan” 


99 
9. İnsanın planları alt-üst olur, Allahın tədbirləri isə dəyişməzdir. 
Ayə 46, 47, 48, 49, 50: 
 ِبْصاَف﴿﴾َنوُبُتْكَی ْمُهَف ُبْیَغْلٱ ُمُهَدنِع ْمَأ﴿﴾َنوُلَقْثُّم ٍمَرْغ م نِ م مُهَف اارْجَأ ْمُهُلَأَْسَت ْمَأ﴿

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin