Nur təFSİRİ



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə98/317
tarix13.10.2023
ölçüsü3,49 Mb.
#130154
1   ...   94   95   96   97   98   99   100   101   ...   317
NUR-TƏFSİRİ-12

Bildirişlər 
 
1. Peyğəmbərlər insanlardan əvəz istəməmişlər. 
2. İnsanların maddiyata əsir olmuş din alimindən qaçması təbiidir. 
3. Allahın əmrlərini yerinə yetirmək məqsədi ilə səbr və müqavimət bəyənilir. 
Düşüncəsizlik və inadkarlıqdan doğan yubanma pisdir. 
4. Cəmiyyətin rəhbəri heç bir şəraitdə xalqı tənha buraxmamalıdır. 
5. Dua və minacat ilahi nemətlər üçün zəmindir. 
1
“Şuəra”, 109, 127, 149, 164, 180 
2
“Saffat”, 145, 146 


100 
6. Tövbə tövfiqi (yardımı) ilahi nemətdir. 
7. Quru səhralarda tənha buraxılmaq səbirsizliyin cəzasıdır. 
8. Fəryad və nalə insanın daxilindən yüksəlməlidir. 
9. Allah qarşısında tövbə və onunla söhbət ilahi nemətlərə aparan bir yoldur. 
10. İnsanları bir səhvinə görə atmayaq. Onların zəifliklərini aradan qaldırıb iş 
tapşıraq. 
11. Peyğəmbər seçimi yalnız Allahın əlindədir. 
Ayə 51, 52: 
 ُه نِإ َنوُلوُقَی َو َرْكِ ذلٱ ْاوُعِمَس ا مَل ْمِه ِراَصْبَأَِب َكَنوُقِل ْزُیَل ْاوُرَفَك َنیِذ لٱ ُداَكَی نِإ َو﴿
 ِإ َوُه اَم َو﴿﴾ٌنوُنْجَمَل
﴾ َنی ِمَلاَعْلِ ل ٌرْكِذ لً
 
“Az qalmışdı kafirlər Quranı eşidəndə səni gözləri ilə sancalar. Deyirlər ki, o 
divanədir. Hansı ki, Quran yalnız aləmlər üçün bir öyüddür.” 
 
Nöqtələr 
 
◘Bu surənin başlanğıcında Allah Rəsulunun (s) divanəlikdə itdiham edilməsinə işarə 
olundu. Surənin hazırkı son ayəsində uyğun məsələ bir daha vurğulanır. 
◘”Liyuzliqunəkə” sözü sürüşüb yıxılmaq mənasını bildirən “zəlq” kökündəndir və 
ayədə həlakətə bir işarədir. 
◘51-ci ayədə kafirlərin Quran ayələrini dinləyərkən möhkəm qəzəblənməsinə işarə 
olunur. Gözlə sancmaq dedikdə ya göz dəymə, ya da “gözlə yemək” mənasını nəzərdə 
tutulur. 
◘Kin-küdurət insanı ziddiyyətli hərəkətlərə vadar edir. Kafirlər bir tərəfdən Quranın 
əzəmətini etiraf edib, paxıllıqdan Peyğəmbəri (s) öldürmək istəyir, digər bir tərəfdən onu 
divanə sayırdılar. Düşmən əli ilə vuruşur, dili ilə böhtan atır, Gözü ilə sancır. 
◘Surənin başlanğıcında qələm və yazıdan danışıldı, sonunda Quranın aləmlərə öyüd 
olduğu bildirildi. Olsun ki, bu ifadələrlə mədəniyyətin aləmlər üçün oyanış vasitəsi 
olduğu bildirilir. 

Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin