● ayə 13:
﴿وَكُلَّ إِنسَانٍ أَلْزَمْنَاهُ طَآئِرَهُ فِي عُنُقِهِ وَنُخْرِجُ لَهُ يَوْمَ الْقِيَامَةِ كِتَابًا يَلْقَاهُ مَنشُورًا﴾
“Hər bir insanın əməl naməsini onun boynundan asmışıq. Qiyamət günü çıxaracağımız yazını qarşısında açılmış görər.”
● Ayədəki “tair” sözü insanın əməlinə işarədir. Çünki əməllər quş tək pərvaz edib sahibinə çatar, hər bir insanın xeyir və şərdən ibarət əməl naməsi onun boynundan asılar.
● Quranda əməl naməsinə bir neçə dəfə işarə olunmuşdur. O cümlədən:
1. “Əməl naməsi hamı üçündür.”
2. “Həmin namədə bir şey ötürülməmişdir.”1
3. “Günahkarlar ondan qorxar.” 2
4. İnsan öz əməl naməsini oxumaqla özünü mühakimə edər.3
5. “Nicat tapanların kitabı sağ, cəhənnəm əhlinin kitabı onların sol əlinə verilər.”4
Dostları ilə paylaş: |