Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə46/621
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#108478
1   ...   42   43   44   45   46   47   48   49   ...   621

● ayə 27:


﴿إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَكَانَ الشَّيْطَانُ لِرَبِّهِ كَفُورًا﴾

Həqiqətən, israfçılar şeytanın qardaşlarıdır. Şeytan öz Rəbbinə qarşı çox nankor idi.”



Nöqtələr


● Ərəb dilində “əx” dedikdə həm qardaş, həm də yoldaş nəzərdə tutula bilər. Məsələn, “əxus-səfər” dedikdə daim səfərdə olan şəxs, “əxul-kərəm” dedikdə səxavətli insan başa düşülür. İnsan həm ailə, həm də əqidə baxımından qardaş ola bilər. İsrafçılar şeytanın əqidə qardaşlarıdır. “İxvanəş-şəyatin” dedikdə şeytan yolunu izləyənlər başa düşülür.

● Quranda şeytanın fərdlər üzərindəki vəsvəsə və vilayəti ardıcıl şəkildə xatırlanmışdır. Amma yalnız bu ayədə “ixvanəş-şəyatin” (şeytanla olanlar) təbiri işlədilmişdir. Yəni israfçılar artıq şeytanla həmkar olanlardır və sadəcə vəsvəsədən ötüb həmkarlıq mərhələsinə çatmışdır. Başqa ayələrdə də bu ayəyə toxunulur.3

● “Təbzir” daha çox maddiyyata aid olsa da, bəzən digər nemətlərə münasibətdə də işlədilir. Məsələn, ömür və gəncliyin hədərə verilməsi, düşüncə, göz, qulaq və dil kimi vasitələrin əyri yolda işlədilməsi, məsuliyyətin qeyri-saleh insanlara tapşırılması, ləyaqət və güc olmayan bir məqamda məsuliyyətin qəbulu, faydasız biliklərin öyrənilməsi və öyrədilməsi. 1


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin