Bildirişlər
1. Vəhy qanununun müqəddəsliyi, məqsədlərin aydınlığı, bəyanatların rəngarəngliyi və xəbərdarlıq olması təqvaya meyl və nəsihətin qəbulu üçün zəmindir.
2. Bütün insanlar vəhyə ehtiyaclıdır. Amma bəzilərinə qorxutma, bəzilərinə xəbərdarlıq təsir göstərir.
3. Xəbərdarlıq səmərəsiz qalmır. O ya dərin təsir göstərir, ya məsələni xatırladır, ya nəticə verir, ya da höccət tamamlanır, bəhanəyə yer qalmır.
● Ayə 114:
﴿فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِن قَبْلِ أَن يُقْضَى إِلَيْكَ وَحْيُهُ وَقُل رَّبِّ زِدْنِي عِلْمًا﴾
“(Bil ki,) haqqı buyuran Allah uca mərtəbəlidir. (Ey peyğəmbər,) vəhy başa çatmamış Quranı oxumağa tələsmə. De ki, Pərvərdigara, mənim elmimi artır.”
Dostları ilə paylaş: |