Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə55/621
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#108478
1   ...   51   52   53   54   55   56   57   58   ...   621

● ayə 32:


﴿وَلاَ تَقْرَبُواْ الزِّنَى إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاء سَبِيلاً﴾

Zinaya yaxın düşməyin. Bu, çirkin iş, pis yoldur.”



○ Nöqtələr


● Qeyri-qanuni cinsi əlaqənin (zinanın) fəsadları, fərdi və ictimai zərərləri var. Ailə təməlinə zərbə vuran bu çirkin iş İslamda haram buyurulmuşdur. Qurani-kərimdə zina şirk, qətl, oğurluqla yanaşı zikr olunur.1

Zinanın bir sıra fəsadları var:


1. Zina qarşıdurma, intihar, evdən uzaqlıq, qeyri-qanuni övladlar, cinsi xəstəliklər, ailə üçün hörmətsizlik kimi bir çox acılıqların qaynağıdır.

2. Şəhvət alovunu söndürmək üçün bir-birinin sorağınca gedən zinakarlar arasında möhkəm bağlılıq, aramlıq olmur.

3. Zinakar qarşı tərəfi həyat yoldaşı yox, ləzzət vasitəsi sayır.

4. Zina ailə təşkilinin qarşısını alır, qohumluq əlaqələrini qırır, yaxınlara yardıma mane olur. Zina yolunun açılması evlənməyə marağı öldürür.

5. Zinakarda nəsil davamı, övlad tərbiyəsi ilə bağlı vəzifə məsuliyyəti olmur, bu zümrədən olanlar ata-ana hissindən məhrum olurlar.

6. Zina varislik prinsipini pozur, həqiqi varis tanınmır.

7. Zina nəticəsində insan alçalır, zinakarı vaxtsız ölüm yaxalayır.2

8. Zina əlavə xərclər tələb etdiyindən zinakar şəxs öz şəhvətini söndürmək üçün başqa günahlara da əl atır. Məsələn, istəyinə çatmaq istəyən zinakar böhtan atır, hədələyir, oğurluq edir, hətta insan həyatına son qoyur.

9. Zina nəticəsində ərsəyə gələn qeyri-qanuni övladlar cəmiyyətdə bir sıra fəsad və cinayətlər törədir. Zinadan doğulanların fəsadı zinanın aşkar nümunələrindəndir.

● İslam zinanın qarşısını almaq üçün müəyyən tədbirlər planı təqdim edir:

1. Bəzi yerlərdə kişinin naməhrəm qadınla ünsiyyətinə qadağa qoyulur;

2. Kişi və naməhrəm qadının xəlvətdə ikilikdə qalması qadağan olunur;

3. Qadına naməhrəm qarşısına bəzənmiş halda çıxmaq qadağan olunur;

4. Naməhrəmə baxmamaq, naməhrəmlə əl verib görüşməmək, zina barədə düşünməmək, şəhvət doğuran şəkillərə və səhnələrə baxmamaq tapşırılır;

5. Zinakar üçün ciddi cəza nəzərdə tutulur;

6. İzdivac, evlənmək tövsiyə olunur və mehriyyənin (kişinin ödəməli olduğu evlənmə haqqını) aşağı endirilməsi tapşırılır;

7. Gec evlənmək məzəmmət edilir;

8. Evlənmə və ailə üçün səy ibadət sayılır.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin