● Ayə 74:
﴿وَلُوطًا آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَنَجَّيْنَاهُ مِنَ الْقَرْيَةِ الَّتِي كَانَت تَّعْمَلُ الْخَبَائِثَ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَاسِقِينَ﴾
“Luta hikmət və elm verdik. Onu çirkin işlər görülən məntəqədən xilas etdik. Doğrudan da, onlar pis və azğın qövm idi. ”
● Ayə 75:
﴿وَأَدْخَلْنَاهُ فِي رَحْمَتِنَا إِنَّهُ مِنَ الصَّالِحِينَ﴾
“Onu Öz rəhmətimizə daxil etdik. Həqiqətən, o, salehlərdən idi.”
Nöqtələr
Həzrət İbrahimin dövründə Lut peyğəmbər idi. İmamət və rəhbərlik isə İbrahimin öhdəsinə düşmüşdü. Ola bilsin ki, elə bu səbəbdən də ötən ayələrdə İshaq və Yaqub haqqında “Onları imam qərar verdik” təbiri işlənmişdir. Bu ayədə isə Lutun adı ayrıca çəkilir. İbrahim imam olduğundan Lut imamət məqamında olmamışdır.
Bu ayədə Allah Luta əta olunmuş 4 mühüm nemətə işarə edir: Hökm, elm, qurtuluş, rəhmətə daxil olma.
Bu ayədə “hökm” dedikdə nübuvvət məqamı nəzərdə tutula bilər. Çünki həzrət Yəhya haqqında da uyğun təbir işlədilmişdir.1
Allahın nicat verməsi insanların səy və təlaşına zidd deyil. Çünki həzrət Lutun qurtuluşu Allahın əmr və hidayəti, Lutun öz istək və təlaşı ilə baş tutdu.2
Ayədə “fasiqlər” deyərkən kafirlər nəzərdə tutulmuşdur. Uyğun məna ilə başqa ayələrdə də rastlaşırıq.3
Dostları ilə paylaş: |