Bildirişlər
1. İlahi insanları unutmayaq, onların kamilliklərini nəql edək.
2. Səbir Allah tərəfindən təriflənilmiş bir xislətdir.
3. Səbir insanın ilahi rəhmətə qovuşması üçün zəmin yaradır.
4. İnsan ilahi sınaqlardan müvəffəqiyyətlə çıxdıqdan sonra dərəcə və məqam əldə edir.
5. İnsan saleh əməl sayəsində ilahi rəhmətdən bəhrələnir.
6. Səbir və salehlik peyğəmbərlik sifətlərindəndir. Bu sifətlərə malik insanda peyğəmbərlərdən nişan var.
● Ayə 87:
﴿وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ﴾
“Zunnunu (Yunisi yada sal,) bir zaman qəzəblənib getdi və düşündü ki, (rahatlığa çıxdı və) Biz onu sıxıntıya salmayacağıq. (Nəhəng) bir balıq onu kamına çəkdikdən sonra bu işin səbəbini anladı,) zülmət içində yalvardı ki, (Pərvərdigara,) Səndən başqa məbud yoxdur. Sən pak-pakizəsən. Həqiqətən, mən zalımlardan idim. (İtaətsizliyinə görə xalqdan qaçmamalıydım.)”
Dostları ilə paylaş: |