Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu


Bağışlaya və mehriban Allahın adı ilə



Yüklə 1,22 Mb.
səhifə6/621
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#108478
1   2   3   4   5   6   7   8   9   ...   621

Bağışlaya və mehriban Allahın adı ilə


● ayə 1:


﴿سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ لَيْلاً مِّنَ الْمَسْجِدِ الْحَرَامِ إِلَى الْمَسْجِدِ الأَقْصَى الَّذِي بَارَكْنَا حَوْلَهُ لِنُرِيَهُ مِنْ آيَاتِنَا إِنَّهُ هُوَ السَّمِيعُ البَصِيرُ﴾

Öz nişanələrindən göstərmək üçün gecə bəndəsini (Məkkədə) Məscidul-Həramdan (Beytul-Müqəddəsdə) ətrafına bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak-pakizədir. Həqiqətən, O, eşidən və görəndir.”



○ Nöqtələr


● Merac səfəri tarixin ən müqəddəs səfəridir. Bu səfərdə müsafir İslam peyğəmbəri (s), uçuş məkanı Məscidul-Həram, eniş məkanı Məscidul-Əqsa, qonaq sahibi Allah, məqsəd ilahi ayələrin (nişanələrin) müşahidəsi, sovqat səma xəbərləri və bəşər düşüncəsinin maddi dünya səviyyəsindən yuxarı qaldırılmasıdır.1

● Rəvayətlərə əsasən həzrət Peyğəmbər (s) hicrətdən əvvəlki il Məscidul-Həramda məğrib (şam) namazından sonra Məscidul-Əqsadan, “Buraq” 2 vasitəsi ilə səmaya qalxdı. Qayıdıb Məscidul-Həramda sübh namazını qıldı.3

● Peyğəmbərin (s) meracı yuxuda və ruhən yox, oyaq vaxtı və cismani baş vermişdir! Bu, dinin zəruri etiqadlarındandır və bütün İslam firqələri tərəfindən yekdilliklə qəbul olunur.4

Mütəvatir (çoxları tərəfindən nəql olunan və şübhəyə yer qalmayan) rəvayətlərdə, bəzi dualarda və ziyarətnamələrdə də bu məsələyə işarə olunur. Bəzi hədislərdə meracın cismaniliyini inkar edən kəs kafir kimi tanıtdırılır.

● Allah-təala həzrət Adəmi səmadan yerə endirdi. Amma həzrət Rəsulu (s) yerdən səmaya qaldırdı1. Peyğəmbər (s) həmin gecə yuxarı aləmləri, səma qatlarını və yaranış qəribəliklərini müşahidə etdi, peyğəmbərlərlə görüşdü2. Bu səfərdə həzrət üçün qüdsi hədislər bəyan olundu və bu hədislərdə həzrət Əlinin (ə) rəhbərlik və vilayəti təsdiqləndi.

Bu səfərdə həzrət Rəsul (s) behişt və cəhənnəmi gördü. Behişt əhlinin vəziyyəti və onlara verilən nemətlər, cəhənnəm əhli və onlara verilən əzablar Peyğəmbər (s) tərəfindən müşahidə olundu. Peyğəmbər (s) merac əhvalatını bəyan edən vaxt bəzən tutumsuz insanlar dindən çıxdılar3.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin