● Ayə 94:
﴿فَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ﴾
“Saleh işlər görüb mömin olan kəsin səyi heç vaxt əvəzsiz qalmayacaq. Həqiqətən, Biz onun üçün qeydə alırıq.”
Nöqtələr
Mükafat və savab vədləri Quranda müxtəlif təbirlərlə qeyd olunmuşdur. Bir yerdə belə buyurulur: “Biz xeyir əməl sahiblərinin mükafatını zay etmərik.”1 Başqa bir yerdə belə buyurulur: “Xalqın səy və təlaşına görə təşəkkür olunar.2
Digər bir ayədə belə buyurulur: “Allah sizin mükafatınızdan zərrəcə azaltmaz.”1 Başqa bir ayədə isə oxuyuruq: “Bir zərrə yaxşı iş görsəniz, onun əvəzini alacaqsınız.”2
Dostları ilə paylaş: |