Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə72/621
tarix10.01.2022
ölçüsü1,22 Mb.
#108478
1   ...   68   69   70   71   72   73   74   75   ...   621

● ayə 44:


﴿تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالأَرْضُ وَمَن فِيهِنَّ وَإِن مِّن شَيْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدَهِ وَلَـكِن لاَّ تَفْقَهُونَ تَسْبِيحَهُمْ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا﴾

Yeddi qat göy və yer, eləcə də, onlarda olanlar Allaha təsbih deyir. Hər şey ona sitayişdədir, Onun pak olduğunu bildirir, amma siz onların təsbihini anlamırsınız. Həqiqətən, O, həlim və bağışlayandır.”



○ Nöqtələr


● Ayədə deyilir: Bütün varlıq aləmi Allaha təsbih edir, səcdə qılır, qunut tutur. Bəzi təfsirçilər bu təsbihi təkvini (fitrətdən gələn, təbii) təsbih sayırlar. Yəni aləmdəki hər bir zərrənin quruluşu Allahın iradə, hikmət, elm və ədalətini göstərir.

Bəziləri bu əqidədədir ki, varlıq aləminin şüur və biliyi var. Hər bir varlıq Allaha təsbih deyir, sadəcə, biz bu səsi eşitmirik. Belə bir baxış ayənin zahirinə müvafiqdir. Əşyanın nitqi ola bilər, çünki qiyamətdə hər bir varlığın dilə gələcəyi təsdiqlənir.1 Hətta daşın da elmi və qorxusu var. Daş Allah qorxusundan dağdan yuvarlanır.2 Həzrət Süleyman qarışqa dilini bilirdi, quşların nitqini anlayırdı. Xalqın yolunu azmasından xəbər tutan hüd-hüd quşu (şanapipik) bu barədə Süleymanı məlumatlandırdı. Allah dağlara müraciət edir: “Ey dağlar! Davudla birlikdə yalvarın.”3 Quranda başqa mövcudların da Allaha təsbih deməsindən danışılır.


Aləmdə hər zərrə, içində hər an

Səninlə danışır gündüz və axşam.

Deyirlər dinləyib görürük, amma

Qalmış təsbihimiz, gizli insana.
● Heyvanların və sair mövcudların Allaha təsbih deməsi rəvayətlərdə də təsdiqlənir. O cümlədən:

a) Heyvanların üzünə sillə vurmayın. Onlar Allaha təsbih deyir.1

b) Allaha təsbih deməyən heyvan ovçuya şikar olar.2

c) Yalnız Allaha təsbihi tərk edən ağac kəsilir.3

d) Peyğəmbərin (s) əlindəki çınqıl onun peyğəmbərliyinə şəhadət verdi.4

e) Bal arısı Allaha təsbih deyir.5


Bütün bu rəvayətlər gerçək təsbihdən danışır.

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin